Gəncədə məktəblilər arasında DAVA – Xəsarət alan var (YENİLƏNİB)

Gəncədə məktəblilər arasında baş verən dava nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Martın 22-də saat 14:10-da 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”, – məlumatda qeyd olunub.

* * * * *

Gəncədə məktəblilər arasında dava olub.

Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri – 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *