Tatarıstan üzərində Ukrayna PUA-sı vurulub

Rusiya Federasiyasının Tatarıstas Respublikası ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı vurulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində müxtəlif istiqamətlərdə 1265-ə qədər itki verib.

Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisindəki hərbi aerodroma, hərbi məhsullar istehsal edən müəssisələrə, PUA istehsalı zavodlara və onların saxlanma yerlərinə zərbələr endirib.

///apa

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *