Kəlbəcərdə minik avtomobili betonqarışdıran maşınla toqquşub, ölən var

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Report-un Qərb bürosunun məlumatına görə, rayon ərazisində “KİA” markalı minik avtomobili qarşıdan gələn betonqarışdıran maşınla \toqquşub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *