Dağıstanda terrorçular saxlanıldı: Polis şöbəsinə silahlı hücum planlaşdırırdılar

Rusiya Federasiyasının Dağıstan Respublikasında polis şöbəsinə silahlı hücum planlaşdıran terrorçular saxlanılıb.

Bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin respublika üzrə idarəsinin Telegram kanalında yayılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları Dərbənd şəhərində yerləşən polis idarəsinə silahlı hücum etməyə hazırlaşan dörd nəfəri saxlayıb. Onların hadisəni törətmək üçün partlayıcı maddələr və əl düzəltməsi partlayıcı qurğular hazırlamaq məqsədilə zəruri komponentlər əldə etdikləri bildirilib.

Bundan əlavə, terrorçu qrupun daha bir üzvü saxlanılarkən silahlı müqavimət göstərib və zərərsizləşdirilərək məhv edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *