Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq – BU TARİXDƏN

Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırılacaq.

Bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.

O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib.

“Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. “Rəqəmsal məktəb” platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq”, – sektor müdiri əlavə edib.
//apa

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *