Kreml Putin-Uitkoff görüşünün nəticələri barədə açıqlama verib

“Aprelin 25-də Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə Moskva və Kiyev arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə edib”.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Birbaşa Ukrayna böhranına gəldikdə isə, söhbət xüsusilə Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların bərpası imkanlarından gedib”, – deyə o bildirib.

Uşakov əlavə edib ki, görüş zamanı Rusiya və ABŞ yalnız Ukrayna məsələsi üzrə deyil, digər mövzularla bağlı da mövqelərini yaxınlaşdırıblar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *