İstanbulda ard-arda zəlzələlər qeydə alınıb

Türkiyənin İstanbul şəhərində 4.3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, Bakı vaxtı ilə saat 18:52-də 3.7, saat 20:33-də isə 4.3 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ yerin 7.1 kilometr dərinliyində olub.

Xatırladaq ki, aprelin 23-də İstanbulda 6.2 bal gücündə zəlzələ baş verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *