Maştağada itkin düşən dayıqızı-bibiqızı tapıldı

Bakının Maştağa qəsəbəsində itkin düşən dayıqızı-bibiqızı olan yeniyetmələr tapılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli  bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *