Jirinovskinin xarici pasportu inanılmaz qiymətə satıldı – FOTO

Rusiyalı mərhum siyasətçisi Vladimir Jirinovskinin xarici pasportu hərracda 1,1 milyon rubla (təxminən 22.7 min manata) satılıb.

Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

Lotun başlanğıc qiyməti 11 dəfə aşağı – 100 min rubl təşkil edib. Sənəd 19 oktyabr 1992-ci ildə beş il müddətinə verilib.

Qeyd edək ki, Jirinovski Rusiya Liberal-Demokrat Partiyasının qurucusu və sədri olub. O, 6 aprel 2022-ci ildə 75 yaşında vəfat edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *