Azərbaycanda problemli kreditlərin həcmi ARTIB

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib.

Median.Az “Report”a istinadla xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0.3% çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7.2%, son bir ildə isə 2.3% artıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.6% təşkil edib. Bu nisbət fevralın sonuna da 1.6%, dekabrın sonuna 1.5%, ötən il martın sonuna isə 1.9% olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *