Rusiya ordusu Xarkov vilayətində daha bir yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya ordusu Xarkov vilayətində yaşayış məntəqəsini tutub.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, əməliyyatı “Qərb” qoşun qruplaşmasının bölmələri həyata keçiriblər.

“Xarkov vilayətinin Doroşovka kəndi nəzarətə götürülüb”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, dünən də vilayətin Kamenka yaşayış məntəqəsi nəzarətə götürülmüşdü.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *