Sumqayıtda 70 yaşlı qadın ehtiyatsızlıqdan sirkə turşusunu içərək ölüb

Sumqayıtda ehtiyatsızlıqdan sirkə turşusu içən 70 yaşlı qadın xəstəxanada ölüb.

Report-un yerli bürosu məlumat verir ki, hadisə şəhərin
Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü Şəhla Əvəz qızı Əhmədova evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.

O, Bakıda yerləşən xəstəxanalardan birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *