Bakıda maşın sürüşərək hasara çırpıldı

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İlqar Musayev küçəsində qeydə alınan qəzada “Mercedes” markalı maşın dəmir hasara çırpılıb.

İlkin məlumata görə, sürücü yağışlı havada yolun sürüşkən olması səbəbindən idarəetməni itirib.

Qəza nəticəsində maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *