Rusiyada naməlum şəxslər məktəblilərə atəş açıblar

Rusiyanın Buryatiya vilayətində naməlum şəxslər ictimai nəqliyyat dayanacağında məktəblilərə atəş açıblar.

Bu barədə “Ves Ulan-Ude” Telegram kanalı məlumat yayıb.

“Buryatiya kəndlərindən birində məktəblilərə pnevmatik silahdan atəş açılıb. Hadisə Kabansk rayonunun Bryansk kəndində baş verib. Xuliqanlar dayanacaqda duran uşaqlara atəş açıblar”, – məlumatda qeyd olunub.

İlkin məlumata görə, atəş açanlar gimnaziyanın iki şagirdi və texnikumun bir tələbəsi olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *