Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.

Median.Az report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini – 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *