Beyləqanda körpənin ölüm səbəbi MƏLUM OLDU (YENİLƏNİB)

09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.

* * * * *

Beyləqan Mərkəzi rayon Xəstəxanasında körpə ölümü baş verib.

Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, 2025-ci il təvəllüdlü körpə xəstəxanaya gətirilib. Onun səhhəti ağır olduğu üçün həyatını xilas etmək mümkün olmayıb.

O, reanimasiya şöbəsində keçinib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *