Şabranda AĞIR QƏZA: İki qardaş faciəli şəkildə HƏLAK OLDU

Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb.

Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, VAZ-21015 markalı minik avtomobilinin hərəkətdə olan zaman yol kənarındakı ağaca çırpılması nəticəsində, Şabran rayonu, Gəndob kənd sakinləri Elməddin Fərzəliyev və onun qardaşı Əmrəli Fərzəliyev həyatlarını itiriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *