Küçədə döyülərək öldürülən məktəblinin – FOTOSU

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

E. İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış.

Bildirilib ki, məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *