Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq – FOTO

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7.6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Hərəkətin məhdudlaşdırılması 17 may tarixində səhər saat 07:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *