Leonardo Bonuççi “Yuventus”a qayıtmaq istəyir

Leonardo Bonuççi futbolçu karyerasının xeyli hissəsini keçirdiyi İtaliyanın “Yuventus” klubuna qayıtmaq istəyir.

38 yaşlı veteran futbolçu klubun akademiyasında çalışa və ya əsas komandanın məşqçilər korpusunun üzvü ola bilər.

Onun “Yuventus”la bu istiqamətdə danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, L.Bonuççi 2023-cü ildə “Yuventus”dan ayrılıb və bir il sonra futbolçu karyerasını başa vurub. O, hazırda İtaliyanın gənclərdən ibarət yığmasında köməkçi məşqçi kimi fəaliyyət göstərir.
//report

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *