ABŞ fələstinliləri Liviyaya köçürməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın Administrasiyası bir neçə milyard dolların blokdan çıxarılması müqabilində bir milyon fələstinlinin Qəzza zolağından Liviyaya köçürülməsi planını hazırlayır.

Bu barədə “NBC News” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilir ki, ABŞ administrasiyası fələstinlilərin köçürülməsi müqabilində Vaşinqtonun 10 ildən çox əvvəl dondurduğu vəsaitlərdən milyardlarla dolları Liviyaya verəcək.

Bundan əlavə, Birləşmiş Ştatlar fələstinlilərə pulsuz mənzil, təqaüd və digər maliyyə stimulları təklif etməyi düşünür.

İsrailin bu plandan xəbərdar olduğu da bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *