Sumqayıtın bəzi ərazilərində qaz təchizatı dayandırılıb – SƏBƏB

Sumqayıtın bəzi hissələrində qaz təchizatı dayandırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri Qurd dərəsi qəsəbəsində balans ölçü qovşağında aparılan təmir işləri ilə əlaqədar saat 10:20-dən etibarən qaz təchizatı dayandırılıb.

Qurd dərəsi, Təzə Corat qəsəbəsi, Köhnə Coratın bir hissəsi, 13 və 16-cı mikrorayonlarda qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *