Bakıda güclü yanğın – VİDEO

Bakıda güclü yanğın baş verib.

Bu barədə hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Baku.ws-ə bildirildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq ərazidə yanğın baş verib. Hazırda FHN-in qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *