Azərbaycan qızıl ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 95,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin 4 ayı ilə müqayisədə 64 milyon ABŞ dolları və yaxud 3 dəfə çoxdur.

Təkcə apreldə isə Azərbaycan 30,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.