Ramiz Mehdiyevin nəvəsi Bakıda 630 min manatlıq maşınla gəzir – Video

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsi Hikmət Mirzəyevlə bağlı maraqlı faktlar məlum olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevin nəvəsi, general-mayor Teymur Mehdiyevin oğlu Hikmət Mehdiyev Dubayda böyük biznes şəbəkəsinə sahibdir. Onun işlərini Ülviyyə İbrahimova adlı qadın idarə edir.

Qeyd edək ki, Hikmət Mehdiyev 90-AA-500 dövlət qeydiyyat nişanlı, 630 min manat dəyərində olan “Lamborghini Urus” markalı avtomobil idarə edir.