“Mərkəzi Asiya – Çin” sammiti iyunun 16-17-də Astanada keçiriləcək

İyunun 16-17-də Astanada (Qazaxıstan) “Mərkəzi Asiya – Çin” sammiti keçiriləcək.

Bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Sammit çərçivəsində Qazaxıstan ilə Çin şirkətləri arasında investisiya layihələrinin həyata keçirilməsinə dair sənədlərin imzalanması mümkündür.