İranda İsrail kəşfiyyatının informatoru saxlanıldı

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın qərb əyaləti Həmədandakı əməkdaşları İsrailin Xarici Kəşfiyyat Xidməti (Mossad) ilə əlaqəli bir şəxsi saxlayıblar.

Bu barədə FARS agentliyi SEPAH-ın Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, saxlanılan şəxs İranın hərbi və təhlükəsizlik mərkəzlərinin əməkdaşları haqqında məlumat toplayıb. Agentliyin vurğuladığına görə, məlumatların gələcəkdə xarici kəşfiyyat xidmətlərinə ötürülməsi planlaşdırılıb.