“Qarabağ” yoxlama oyununda uduzdu

“Qarabağ” komandası Avstriyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Ağdam təmsilçisi Ukraynanın “Metallist” (Xarkov) komandası ilə qarşılaşıb.

Görüş “Qarabağ”ın 4:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.