Çindən Azərbaycana gələnlərin sayı 60% artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 217,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Məlumata görə, gələnlərin 25,8 faizi Rusiya Federasiyası, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, hər birindən 1,9 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini qadınlar təşkil edib.

Qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan – 1,8 dəfə, Çindən – 1,6 dəfə, Yaponiyadan – 44,3 faiz, Qırğızıstandan – 40,5 faiz, İordaniyadan – 20,7 faiz, Niderlanddan – 19,1 faiz, Qazaxıstandan – 18,3 faiz, ABŞ-dan – 17,7 faiz, Pakistandan – 16,7 faiz, Kanadadan – 16 faiz, İtaliyadan – 13,2 faiz, Cənubi Koreyadan – 13,0 faiz, Almaniyadan – 11,1 faiz, Özbəkistandan – 10,3 faiz artıb.