Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

Rusiya ordusu Donetsk vilayətində yaşayış məntəqəsini işğal edib.

Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Rusiya ordusu Donetsk vilayətində Novotoretskoye yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.