Tailandda təyyarə qəzaya uğrayıb, ölənlər var

Tailandın Çianqmay əyalətinin Çom Thonq bölgəsində “AT-6” hərbi təyyarəsi qəzaya uğrayıb.

Bu barədə CCTV telekanalı məlumat yayıb.

Qəza nəticəsində iki nəfər ölüb.

Hadisə yerli vaxtla səhər təxminən saat 10:30-da təyyarənin təlim uçuşu yerinə yetirdiyi zaman baş verib.

İnsidentin səbəbləri araşdırılır.