Türkiyədə yanğına görə kənd sakinləri təxliyə edilib

Türkiyənin Çanaqqala vilayətində meşəlik ərazisində yanğın başlayıb.

Hadisə Gelibolu rayonunda qeydə alınıb.

Vilayət valisi Ömer Toraman bildirib ki, hadisə ilə əlaqədar olaraq Eceabat və Yolağzı kəndlərinin sakinləri təxliyə edilib. Yanğının söndürülməsinə 12 helikopter, 12 təyyarə, texniki vasitələr və 560 nəfərlik şəxsi heyət cəlb edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *