İranda zəlzələ olub

Avqustun 21-i saat 02:33-də İranın Xuzistan əyalətinin Əlvan şəhərində Rixter cədvəli üzrə dörd bal gücündə zəlzələ baş verib.

“Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.

Məlumata görə, zəlzələ 21 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.