Azərbaycanın “Uşaq Avroviziyası – 2025″də təmsilçisinin adı məlum olub (FOTO)

Azərbaycanın “Uşaq Avroviziyası – 2025” mahnı müsabiqəsində təmsilçisinin adı məlum olub.

Müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək.

Qeyd edək ki, müsabiqə bu il dekabrın 13-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. İştirakçımızın səsləndirəcəyi mahnı oktyabrda təqdim olunacaq.