Bakıda hoteldə qətl törədilib.
Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 25-i saat 19 radələrində məşhur hotellərdən birində qeydə alınıb.
Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
Hadisənin hotelin digər ofisiantı – Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Manafov polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Fotoda Şəmistan Əliyev

