Paytaxtın bu ərazisində qaz kəsiləcək

Səbail rayonu ərazisində yerləşən “Gülüstan” qaz xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar, 01.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz xəttində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, həmin müddət ərzində Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.