Naxçıvanda bu hakim vəzifəsindən azad ediləcək

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olunacaq.

Bununla bağlı məsələ Milli Məclisin oktyabrın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, Naxçıvan Ali Məhkəməsinin hakimi Abbasov Fərman Məmməd oğlu azad ediləcək.