Kosmosda ilk dəfə süni intellektdən istifadə ediləcək

Rusiyanın “Sber” şirkətinin “GigaChat” neyron şəbəkəsinin Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsi kosmosda süni intellektin ilk istifadəsi olacaq.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sber”in Tədqiqat və İnnovasiya üzrə vitse-prezidenti Albert Yefimov məlumat verib.

Məlumata görə, “GigaChat” ilk dəfə BKS-də kosmonavtlar tərəfindən istifadə olunacaq. O hesabatlar hazırlayacaq və məlumat bazaları ilə işləyəcək. Bununla da süni intellekt ekipajın gündəlik işini asanlaşdıracaq.

Buraxılışın 27 noyabrda baş tutacağı planlaşdırılır.