Çində zəlzələ baş verib

Çinin şimal-qərbindəki Sintsyan-Uyğur muxtar bölgəsində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Zəlzələnin episentri 135 000 nəfərin yaşadığı Tumşuq bölgəsindən 141 kilometr şimal-qərbdə, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilmir.