Month: Yanvar 2018

  • Bakı metrosunda sıxlıq yaranıb

    “Bakı Metropoliteni”ndə qatarların hərəkətində ləngimə baş verib.

    Bu barədə oxu.az-a “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

    Ləngiməyə səbəb 13 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlığın yaranmasıdır:

    “Həmin qatarın əvəzinə xəttə qatar buraxılıb və qatarlararası inyerval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. “Bakı Metropoliteni” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Hazırda intervalın bərpa edilməsinə çalışırıq”, – deyə N. Paşayev bildirib.

  • Azərbaycanlı müğənni mahnı oxuya-oxuya əməliyyat olundu – VİDEO

    Tanınmış azərbaycanlı müğənni Vüqar Muradov bu gün paytaxt klinikalarının birində əməliyyat masasına əyləşib.

    Minval.İnfo  xəbər verir ki, ifaçı əməliyyat yolu ilə artıq çəkilərdən azad olub:

    “Bu gün kompleksimdən azad olduğum gündür. Azərbaycanda müğənnilər arasında bir ilk imza atdım.

    Belə ki, mahnı oxuya-oxuya əməliyyat olundum. Belimə narkoz vuruldu və  üç litrə yaxın piy qarnımdan çıxarıldı.
    Bu 35 ilə yaxın yığılmış bir yağ idi. Nə qədər pəhriz saxladım, idman elədim, bu piylərdən azad ola bilmədim. Məcbur olub Mübariz həkimə müraciət elədim və artıq piylərdən azad oldum”.

  • Şəmkirdə ailəyə basqın edilib, yaralılar var – YENİLƏNİB

    Şəmkir rayonuda baş vermiş hadisənin təfərrüatları məlum olub.

    “Report”un Qərb bürosu xəbər verir ki, adı hələlik açıqlanmayan, həyat yoldaşı ilə rəsmi şəkildə boşanmayan, lakin ayrı yaşayan ər sərxoş vəziyyətdə, bıçaqla qaynatasının evinə gəlib. O, övladlarını görmək istədiyini deyib və bu zaman tərəflər arasında əvvəlcə mübahisə yaranıb, sonra isə dava baş verib.

    Dava zamanı kişinin həyat yoldaşı, 40 yaşlı Orucova Nazənin, qaynanası xəsarət alıblar. Hadisə zamanı habelə ailənin evdə olan daha bir qohumu isə ürəktutmadan özündən gedib.

    Hadisə yerinə çağırılan həkimlər hər 3 şəxsə tibbi yardım göstərib. Evə basqın edən kişi polis tərəfindən saxlanılıb.

    Qeyd edək ki, oxşar hadisə əvvəllər də baş verib və kişi boşanmaq istəmədiyini, övladlarını istədiyini bildirib.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Şəmkir rayonunda qohumlar arasında mübahisə yaranıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib.

    İlkin məlumata görə, bir ailəyə bıçaqla basqın edilib. Yaralıların olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

  • Bakıda sürücülərlə bağlı yenə qalmaqal yaşandı – VİDEO

    Onların qayda pozmaları digər sürücülərin etirazına səbəb olub

    Bakıda Süleyman Əhmədov küçəsində yaranan problemə görə hərəkətin təşkilində dəyişiklik olunub. Lakin bəzi sürücülər həmin küçədəki dəyişikliyə əhəmiyyət verməyərək qaydaları pozmaqda davam edirlər.

    Median.Az Avtosfer-ə istinadən xəbər verir ki, yanvarın 23-də Nobel prospektindən sağa — Süleyman Əhmədov küçəsinə dönən 57 nömrəli xətt üzrə fəaliyyət göstərən 90-RB-788 qeydiyyat nişanlı “İsuzu” markalı avtobusun sürücüsü və 10-ZO-802 qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1.1 bütöv xəttinin tələbini pozaraq geriyə dönüblər. Onların qayda pozmaları digər sürücülərin etirazına səbəb olub.

  • Donan su sayğaclarına görə kim məsuliyyət daşıyır? (VİDEO)

    Havaların şaxtalı keçməsi mənzillərdə də problemlər yaradır. Bir çox hallarda su xətlərinin donması sakinlərin susuz qalmasına səbəb olur. Hətta bu cür problemlər su sayğaclarının sıradan çıxması ilə nəticələnir.

    Median.Az xəbər verir ki, ARB TV-nin “Günə Doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

    Lənkəran Sukanal idarəsinin rəisi: “Hündürmərtəbəli binalarda qoyulmuş pilləkən qəfəsində qoyulmuş sayğaclar qış və şaxta vaxtlarında əgər sıradan çıxarsa buna məsuliyyəti yerli idarə daşıyır. Ancaq həyət evlərində sayğaclar şaxta nəticəsində sıradan çıxarsa bu birbaşa vətəndaşın abonentin öz üzərində qalacaqdır.

    Bununla yanaşı sərt şaxtalı havalarda digər qabaqlayıcı tədbirlər də görmək mümkündür. İlk növbədə su boruları və sayğac daxilində izolyasiya işləri aparılmalıdır. Həmçinin sayğacın üst hissəsi açılır və sayğacın ekranına qədər ağac yonqarı ilə doldurulur.

    Rövşən Təhməzov Lənkəran Sukanal idarəsinin rəisi: “Qış aylarında sayğacların qutuların açıq saxlamasınlar. Sərt hava olduqda sayğacların qutuların ağzı açıq qalmasın. Ən yaxşısı o olarki, isti əşyalarla onun üstünü örtə bilsinlər”.

    Sakinlər su sayğaclarını qarşıdan gələn şaxtalı havalardan qorumaq üçün gah üstünü bərk-bərk basdırırlar,gah da ətrafını sarıyırlar. Əsasən həyət evlərində yaşayanlar sayğacların donma təhlükəsindən daha çox narahatdırlar.

    Rükəxan Salayeva – sakin: “Qış aylarında donmasın deyə üstün örtürük ki, donarsa məsuliyyət qalır bizim boynumuzda. Ona görə də həmişə özümüz bağlayırıq ki, suyumuz donmasın”.

    Ağababa Abbasov – sakin: Onun üstünü əskiylə bağlayıram,şoçikin üstünü.Sonra əlavə ona sellofanla üstünü bağlayıram.

    Rəhimə Zamanova – sakin: “Biz onun qabağını alırıq yun bir əski səririk üstünə ki,o donmasın,qapağı örtəndən sonra üstünə perfol da səririk bağlayırıq ki,o xarab olmasın”.

    Akşin Əliyev – sakin: “Bizdə bina evidi yəni su sayğacı donma söhbəti problemi olmayıb. Padezin içindədi. Özü də yığ karopkanın içində”.

    Nemət Səlimova – sakin: “Şaxtalı havalarda olar,bağlayırıq partlamsın deyə,su buraxmasın”.

    İdris Ağayev – sakin:
     “Biz tədbir görmüşük ona.Bükmüşük onu bağlamışıq,müəyyən lentlər ki,zalentləmişik onu yəni ki donmasın”.

    Sorğudan da məlum oldu ki,əksər sakinlər su sayğaclarında müəyyən izolyasiya işləri görməklə donmanın qarşısını almağa çalışırlar. Əgər su sayğacı donub sıradan çıxarsa bəs sayğacın təmiri hansı qaydalar əsasında həyata keçirilir.

    Rövşən Təhməzov – Lənkəran Sukanal idarəsinin rəisi: “Hər hansı problem olduqda sayğacadək bütün problemləri yerli idarə özü həll etməlidir. Ancaq sayğacdan abonentə tərəf gedən hissəsi vətəndaşın öz hesabına təmir olunmalıdır”.

    Rəhimə Zamanova – sakin: “Biz oan yaxşı baxmamışıqsa yəqin ki,bizim məsuliyyətimiz üstündə olar da”.

    Ağababa Abbasov – sakin: “Təbii hadisədi, mən sındırmamışam, ya da ki, ona bir xətər yetirməmişəm. Təbii hadisədir. Əgər qanun qayda ilə onu izoliyasiyaya vermişiksə o formada şaxta güclü olub partladıbsa mənim nə günahım”.

    İdris Ağayev – sakin:
     “Yox heç kəsə müraciət eləməmişəm.Ancaq öz hesabımıza. Bilirik ki, suyu bağlayırıq, opşidən bağlayırıq özümüz tədbir görürük.

    Rövşən Təhməzov – Lənkəran Sukanal idarəsinin rəisi:
     “Əgər hər hansı problem yaranacaqsa. Problemlərdən ən çoxu budur ki,25-6 düşür.Vətəndaş sayğacdan az istifadə edəndə klapanlar bağlanır. Onunla bağlı vətəndaşlar yerli idarələrə müraciət edə bilərlər”.

    Qeyd edək ki, su sayğacları sıradan çıxdığı zaman sayğac təmir olunanadək vətəndaş su ilə təmin edilir. Lakin ödəniş nağd yolla həyata keçirilir. Bu isə bir çox hallarda sakinlərə sərf etmir.

  • Teleqüllənin yeri dəyişdirilir? – RƏSMİ AÇIQLAMA

    “Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur”.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

    O bildirib ki, Teleqüllənin inşa olunduğu yer tamamilə başqa strukturun üzərindədir: “Həmin ərazidə Teleqüllə üçün heç bir qorxu yoxdur. O monolit əhəng daşlarının üzərində inşa olunub. Lazımi qaydada layihələşdirilib, tikilib. Heç bir qorxu yoxdur”.

    Qeyd edək ki, yanvar ayının 24-də Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə hadisəsi qeydə alınıb. Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Sürüşmə zonasından 80 ailə, yəni 390 nəfər çıxarılıb. Onlara bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

  • “Instagram”da videozəng mümkün olacaq

    “Instagram”da ən yaxın zamanda videozəng funksiyası işə düşəcək.

    Bu barədə “Wabetinfo” portalında məlumat dərc olunub.

    Saytın məlumatına görə, adıçəkilən sosial şəbəkə hal-hazırda istifadəçilər arasında videorabitə imkanlarını sınaqdan keçirir. Mobil tətbiqin aktual versiyasında “Instagramın” yeni funksiyasına işarənin olduğunu görmək mümkündür. Gələcəkdə ismarıc bölməsini açıb, konkret istifadəçini seçdikdə, yuxarı sağ kənarda “kamera” piktoqramı peyda olacaq.

    Tətbiqin proqram təminatını araşdıran ekspertlər hal-hazırda düymənin aktiv olmadığını öyrənib. Habelə yaxın zamanda istifadəçilərin “Instagram” vasitəsilə bir-birilə görüntülü şəkildə birbaşa ünsiyyət qura biləcəyi bildirilir. Texnologiyanın istifadəyə veriləcəyi dəqiq tarix bəlli deyil.

  • “Azərbaycanda restoranlarda vərəm xəstələri işləyir” – Şok açıqlama

    Bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər və onlara nəzarət edilmir.

    Azxeber.com-un məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.

    O bildirib ki, sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq, müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi: “Bu gün bu, unudulub. Bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir. Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır”.
     
    R.Mehdiyev qeyd edib ki, vərəm xəstəsi olan məhkumlar azadlığa çıxdıqdan sonra onlara nəzarət edilməlidir.

    Son illərdə bu nəzarəti QHT-lərlə birgə təmin etdiklərini deyən R.Mehdiyevin sözlərinə görə, təcrübə göstərir ki, belə keçmiş məhkumlar yenidən cəzaçəkmə müəssisəsinə qayıtdığı zaman onlarda vərəmin daha kəskinləşmiş forması olur: “Bu isə onu göstərir ki, onlar azadlığa çıxdıqdan sonra vərəmi müalicə etdirmirlər və müəyyən müddətdən sonra daha kəskinləşmiş formada geri qayıdırlar. Buna görə də belə məhkumlara nəzarətin edilməsi çox vacibdir”.

  • Azərbaycanda daha bir radioya ölkə ərazisində yayımlanması üçün tezliklər verilib

    Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

    Median.Az xəbər verir ki, Şuradan “Report”a verilən məlumata görə, iclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Prezidentin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB TV”, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.

    İclasda həmçinin “Avto FM” radiosunun ölkə ərazisində geniş miqyaslı yayımının təmin olunması üçün ona yeni tezliklərin ayrılması və “Azerspace-1” peykindən yayımına icazə verilməsi ilə bağlı qərar qəbul edilib.

  • 8 yaşlı Ruslana kömək edək: 1 manata da ehtiyacı var (VİDEO)

    Bakıda anası ilə yaşayan 8 yaşlı Ruslan xeyirxah insanlardan kömək istəyir.

    Baku.ws-in əməkdaşı Ruslanın yaşadığı evdə olub. Ruslanın kefi yerində olsa da həkimlər 8 yaşlı uçağn həyati təhlükəsinin olduğunu deyirlər. 

    Ruslan 2 ildir dəri xəstəliyindən əziyyət çəkir. Anası deyir ki, bu günə kimi 35 min manat dərmanlara, həkimlərə pul xərcləyiblər. 

    Hər ay 700-1000 manat dərmanlara və həkimlərə xərcləri çıxır. Ruslanın anası Ruhiyyənin sözlərinə görə, Rusiyada yaşayan xeyirxah insanlar yoldaşına işlə təmin ediblər. Ruslanın atası 2 ildir Azərbaycana gəlmir. O, hər ay 300 manat evə pul göndərir. 

    Ruhiyyə xanım oğlunun vəziyyəti get gedə pisləşdiyini deyir

    Ana kimi sizdən xaiş edirəm oğlum kömək edin. Yalvarıram 1 manat deyib keçməyin. Bu dəqiqə Ruslanıma 1 manat da vacibdir”. 

    8 yaşlı Ruslana kömək etmək istəyənlərin nəzərinə 

    Bank Respublika:(-380194403954420901)
    Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE N.15232245
    Əlaqə nömrəsi: +99455 977 00 85