Month: Yanvar 2018

  • Miri Yusif ilk dəfə üçüncü övladını göstərdi – FOTO

    Tanınmış müğənni Miri Yusif ötən ilin oktyabr ayında üçüncü dəfə ata olmuşdu.

    Oğluna Mir Cahid adını qoyan ifaçı onu hər kəsdən gizlədirdi.

    Ötən günlərdə ailəsi ilə birgə Şahdağa istirahətə yollanan müğənni, nəhayət, oğlunun fotosunu paylaşıb. Miri kiçik oğlunun üzünü tam göstərməsə də, xoşbəxt ailə tablosu ilə diqqət çəkib.

    Qeyd edək ki, Miri Yusifin üçüncü oğlu onun doğum günündə – 27 oktyabr tarixində dünyaya gəlib.


  • Damlanın 1 milyonluq “Instagram” səhifəsi oğurlandı

    Azərbaycanın tanınmış müğənnisi Damlanın başına iş gəlib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qısa müddət ərzində “Instagram” sosial şəbəkəsində 1 milyona yaxın izləyici toplayan müğənninin səhifəsi hakerlər tərəfindən ələ keçirilib.

    Bu barədə ifaçının prodüseri məlumat yayıb. O, səhifənin geri alınması barədə hərəkətə keçdiklərini bildirib: “Damlanın profili oğurlanıb. Səhifəni qaytarmaq üçün hazırlıqlar gedir. Yaxın günlərdə aramızda olacaq, sizin üçün darıxır”.

  • “AAAF park”da yaşayanlara xoş xəbər – Kommunal borcları ləğv edildi

    “AAAF park”ın təsisçisi Tofiq Heydərov son günlər mediada şəhərciklə bağlı yayılan xəbərlərdən sonra yeni qərar qəbul edib.

    “Qafqazinfo” T. Heydərovun AAAF park yaşayış kompleksində sakinlərin şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarını təqdim edir:

    1. 2017-ci il dekabr ayının 31- nədək sakinlərin şirkətə olan bütün komunal borcu və istiliyə görə olan bocları ləğv edilsin.

    2. 2018-ci il dekabr ayının 31-nədək AAAF park sakinləri komunal ödənişlərdən və istiliyə görə olan ödənişlərdən azad edilsin.

    3. Sakinlərə sayğacların alınması üçün şirkətlərimiz tərəfindən 12 ay müddətinə faizsiz borc krediti verilməsi üçün köməklik göstərilsin.

    4. Mənzil borclarını ödəyə bilməyən sakinlərimizə kredit müddəti müəyyən vaxta qədər artırılsın.

    5. Mənzilin kredit borcunu tam ödəyən sakinlərimizə 30 faiz endirilməklə Çıxarışların ödənişsiz verilməsi təmin edilsin.

    6. AAAF park yaşayış komplesinin ərazisində fəaliyyət göstərən kluba məxsus obyektlərdə onların üzvlük kartına görə
    ödəmələrdə əlavə olaraq endirimlər edilsin.

    7. Işıq, su və qaza görə olan borclarını ödəyə bilməyən sakinlərə müraciət əsasında yardımlar edilsin.

    8. AAAF park ərazisində yaşayan ailələr arasında heç bir yerdə işləməyən ailə üzvlərindən biri şirkərlərimizə işə götürülməsinə şərait yaradılsın.

    9. Ayda ən azı bir dəfə olmaqla AAAF park konfrans zalında sakinlərlə görüş təşkil edilsin və qaldırılan məsələlər haqqında tədbirlər görülsün.

  • İlham Əliyev “Şahdağ”da xizək sürüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub.

    Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verdi. Qeyd edildi ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.

    Həmçinin dövlətimizin başçısına məlumat verildi ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada “Boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə və xidmət obyektləri inşa ediləcək.

    Kompleksin yay mövsümündə də xidmət göstərməsi üçün burada göl yaradılacaq. Yay mövsümündə turistlər bu göldə həm üzəcək, həm də qayıqlarla səyahət edəcəklər. Qış mövsümündə isə bu göldən qaryaratma üçün ehtiyat mənbəyi kimi istifadə olunacaq.

    İkinci mərhələdə görülməsi planlaşdırılan işlərə bu ilin yaz aylarından başlanılacaq. Bunun üçün indidən hazırlıq işləri görülür.

    Dövlətimizin başçısına kompleksin yol infrastrukturu barədə də ətraflı məlumat verildi. Bildirildi ki, kompleksin ərazisindən keçən Qusar-Ləzə yolu onun kənarından inşa olunacaq. Bu da imkan verəcək ki, yuxarı kəndlərin sakinləri kompleksin ərazisinə daxil olmadan hərəkət etsinlər. Hazırda bu yolun yarısının torpaq yatağı hazırlanıb. Qalan işlərin ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu yeni yoldan kompleks ərazisinə iki giriş nəzərdə tutulub. Kompleksin girişində böyük avtomobil dayanacağının da istifadəyə verilməsi planlaşdırılır.

    Məlumat verildi ki, kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır.

    Kompleksin əsas meydanının ərazisi ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

    Sonra Prezident İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksində xizək sürdü.


















  • İrana qanunsuz keçmək istəyən Özbəkistan vətəndaşları tutuldu

    Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitə­lərin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Qurumun mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin sərhəd gö­zətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu isti­qamə­tində sa­hildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) mü­şa­hidə olunub, buya baxış zamanı bir ədəd bağlamada 980 qram ma­rixu­ana, 1415 qram həşiş aşkarlanıb.

    Yanvar ayının 26-da daxil olmuş əməliyyat məlumatı əsasında yenə də həmin istiqamətdə sahildən 6,6 mil məsafədə buya bağlan­mış vəziyyətdə qəhvəyi rəngli kisədə selofan materiala bükülmüş iki bağlama aşkar olunub. Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunub.

    Yanvar ayının 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəza­rəti məntəqəsində İran İslam Res­pub­li­kasının saxta vizaları ilə Azər­bay­candan İrana keçmək istəyən yeddi nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

    Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

  • Amerika azərbaycanlı milyarderlərə də sanksiya tətbiq etdi – Siyahı

    ABŞ Maliyyə Nazirliyi Konqresə təqdim etdiyi “Kreml hesabatı” sanksiyalar paketinə 210 nəfərin adını daxil edib.

    Median.Az axar.az-a istinadla xəbər verir ki, hesabatda adları yer alan şəxslərdən 114-ü Rusiyanın yüksək vəzifəli şəxsləri və dövlət şirkətlərinin rəhbərləri, 96 nəfəri isə oliqarxdır.

    Siyahıda yer alanlar sırasında Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, onun müavini Aleksey Qromov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko, Dumanın spikeri Vyaçeslav Volodin, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və s. adı var.

    Oliqarxlar siyahısında isə Əlişir Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, Yevgeni Kasperski, Oleq Deripaska, German Qref, Vladimir Kostin yer alıb.

    ***

    “Kreml hesabatı”na Rusiya Nazirlər Kabinetinin əksər üzvləri daxil edilib.

    Siyahıda Nazirlər Kabinetindən 30 nəfərin adı yer alıb. Bunlardan bir neçəsini təqdim edirik:

    1. Dmitri Medvedyev – Baş nazir;

    2. İqov Şuvalov – Baş nazirin müavini;

    3. Sergey Prixodko – Baş nazirin müavini;

    4. Aleksandr Xlopin – Baş nazirin müavini;

    5. Vitali Mutko – Baş nazirin müavini;

    6. Arkadi Dvorkoviç – Baş nazirin müavini;

    7. Olqar Qolodets – Baş nazirin müavini;

    8. Dmitri Kozak – Baş nazirin müavini;

    9. Dmitri Roqozin – Baş nazirin müavini;

    10. Sergey Şoyqu – Müdafiə naziri;

    11. Maksim Oreşkin – İqtisadi İnkişaf naziri;

    12. Vladimir Medinski – Mədəniyyət naziri;

    13. Nikolay Nikiforov – Rabitə naziri;

    14. Aleksandr Tkaçev – Kənd Təsərüffatı naziri;

    15. Aleksandr Novak – Energetika naziri;

    16. Anton Siluanov – Maliyyə naziri;

    17. Sergey Lavrov – Xarici işlər naziri;

    18. Vladimir Kolokotsev – Daxili işlər naziri.

    Siyahıda həmçinin Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev, Baş Qərargah rəisi Valeri Gerasimov, Prezidentin Ətraf Mühitin Qorunması, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Korobov, Moskva meri Sergey Sobyanin, Baş prokuror Yuri Çayka, Rusiya Dəmiryollarının rəhbəri Oleq Belozerov, “Rostex”in rəhbəri Sergey Çemezov, “Rosatom”un rəhbəri Aleksey Lixaçev, “Transneft”in rəhbəri Nikolay Tokarev, “Qazprombank”ın rəhbəri Andrey Akimov, “Aeroflot”un rəhbəri Vitali Savelyev, “Başneft”in rəhbəri Andrey Şişkin, “Tatneft”in rəhbəri Nail Maqanov yer alıblar.

    Oliqarxların siyahısında azərbaycanlı milyarderlərə də yer verilib. Bunlar sırasında Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanov, Zarax İliyev və Vahid Ələkbərovun adı var.

    Siyahıya həmçinin Ələkbərovun ortağı olan Leonid Fedun da düşüb. ABŞ burada Rusiya ermənilərinin ən varlı iş adamı olan Samvel Karapetyanı da unutmayıb. Siyahıya Tatarıstanın keçmiş prezidenti Mintamir Şaymiyevin oğulları Ayrat və Radik, Putinin dostları Arkadi və Boris Rottenberqlər, Gennadi Timçenkonun da adları daxil edilib.

    Qeyd edək ki, bu siyahıda yer alan şəxslərin heç birinə sanksiyalar tətbiq edilməyəcək. Ekspertlər sadəcə olaraq bu hesabatla ABŞ rəhbərliyinin CAATSA qanununun öhdəliklərini icra etdiyini bildiriblər. Onların fikrincə, siyahıdakı şəxsləri heç bir məhdudiyyət gözləmir, amma bu siyahı onlara gələcəkdə müxtəlif bölgələrdə müxtəlif əngəllərin yaradılmasına, onlara qarşı xüsusi diqqət göstərilməsinə səbəb ola bilər. Bir sözlə, bu şəxslər daima “arzuolunmazlar” siyahısında yer alacaqlar.

  • Könül Xasıyeva xəstəlikdən sonra ilk dəfə efirdə oxudu – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı Xalq artisti Könül Xasıyeva olub.

    Xanəndə uzun müddət sürən xəstəlikdən sonra ilk dəfə efirə çıxıb. Proqramın qonağı olan Könül Xasıyeva xəstəliyinin səsinə təsir etmədiyini bildirib.
    Bunu eşidən aparıcı Elgiz Əkbərin xahişindən sonra isə müğənni canlı olaraq mahnı ifa edib.
    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda dəhşətli intihar: özünü 22-ci mərtəbədən atdı

    Bakıda intihar olub.

    Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb.

    Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb.

    O, yerindəcə keçinib. N. Vəliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

  • Xəzər TV-də canlı yayımda ŞOK GÖRÜNTÜLƏR: Xoşqədəm məsələyə qarışdı (VİDEO)

    Körpəsinə işgəncə verdiyi üçün Rusiyada övladı əlindən alınan Könül teleaparıcı Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə gəlib.

    Baku.ws-in məlumatına görə, Könülün övladını necə döydüyü efirdə nümayiş olunub.

    Bu görüntülərdən tamaşaçılar şoka düşüb və ana sərt tənqidlərə məruz qalıb.

    Hüquqşunas Tahir Əlirzayev onu saxtakar adlandıraraq canlı yayımda tökdüyü göz yaşların yalan olduğunu bildirib.

    Könül övladının geri qaytarılması üçün “Səni axtarıram” verilişinə müraciət edib. Xoşqədəm Hidayətqızı isə ona kömək edəcəyinə söz verib.

  • Bakının başqa ərazilərində də sürüşmə aktivləşdi – Təhlükə böyüyür

    Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun “Nübar” qəsəbəsində (“At yalı” adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

    R.Həsənovun sözlərinə görə, sürüşmə sahəsindəki çatların parametrləri artıb.

    Mütəxəssis qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində akltivlik müşahidə edilib.

    Həmin yerlərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində əraziləri su basıb.