Month: Mart 2018

  • Bakı küçələrində “kamikadze” velosipedçilər – VİDEO

    Bakının mərkəzində velosipedçilər təhlükəli hərəkət ediblər.

    Velosiped sürən iki şəxs mərkəzi küçələrdə yolda intensiv hərəkətin olmasına baxmayaraq, sağdan və soldan avtomobilləri ötüblər.

    Onlar velosipedin ön təkərini qaldıraraq bir təkər üstündə hərəkət ediblər.

    Velosipedçilər avtomobillərin intensiv hərəkət etdiyi küçələrdə hərəkət edərək özlərinin və yol iştirakçılarının həyatını təhlükəyə atıblar./oxu.az

  • Bakıda doğulan hər yüz körpədən 53-ü oğlan olub

    2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30373 nəfər, gündə təxminən 83 nəfər körpə dünyaya gəlib.

    Median.Az Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici ötən il 2016-cı illə müqayisədə 2885 nəfər azalıb.

    Doğulan körpələrin 346-sı əkiz, dördü üçəm olub. Yeni doğulan körpələrin 52,5 faizi (hər yüz körpədən 53-ü) oğlan, 47,5 faizi (hər yüz körpədən 43-ü) qız uşaqlarından ibarət olub.

    Ümumilikdə təbii artım 2017-ci ildə 2016-cı illə müqayisədə 2 783 nəfər düşüb.

  • Yumurta və pendir bahalaşıb

    Bu ilin yanvar ayında Bakı şəhərində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin dekabr ayına nisbətdə olduğu kimi qalıb.

    Median.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2% bahalaşıb, xidmətlər üzrə qiymətlər 0,6% ucuzlaşıb.

    2017-ci ilin yanvar ayı ilə müqayisədə 2018-ci ilin müvafiq dövründə ərzaq məhsulları, içki və tütünün qiyməti 7,7 faiz bahalaşıb.

    2018-ci ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən istehlak bazarında “Süd məhsulları, pendir və yumurta” qrupu 0,8 faiz, “Meyvələr” qrupu 2,8 faiz,“Tərəvəzlər” qrupu 1,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,3 faiz, “Qəhvə, çay, kakao” qrupu 0,5 faiz bahalaşıb.

  • Evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək

    Dövlət başçısının fərmanı ilə sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilib.

    Bu addım ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq məqsədilə atılıb.

    Fərmana əsasən, sahibkarlar tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına və məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçılar tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı ödəyəcək.

    Belə ki, texniki şərtlərin və layihə-smeta sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə mərkəzlərdəki Texniki Şuraya müraciət edəcəklər.

    Sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması aşağıda göstərilən üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin ediləcək:

    1. sifarişçinin mərkəzlərə müraciəti, texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi (göndərilməsi);

    2. layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi, tikinti-quraşdırma işlərinin aparılması və ETŞ-yə fiziki qoşulma;

    3. tikinti obyektinə elektrik enerjisinin verilməsi.

    Bu Qaydada nəzərdə tutulan müddətlərin axımı sifarişçinin müraciət etdiyi tarixdən hesablanır.
    Eləcə də texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir.

    Sənədə görə, texniki şərtlər 1 (bir) il müddətinə verilir. Bu müddətdə şifarişçi ilə ETM arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmadıqda verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.

    Həmçinin layihə-smeta sənədlərinin Texniki Şura tərəfindən verilməsinə görə hər 1 (bir) kVt gücə görə ƏDV daxil olmaqla 2,5 manat (iki manat əlli qəpik) vəsait ödənilir.

    Qeyd edək ki, qoşulma haqqı enerji təchizatı müəssisəsi (ETM) tərəfindən layihə sənədlərinin hazırlanmasına, enerji təchizatı şəbəkəsinin (ETŞ) gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Nazirlər Kabinetinin müəyyən etdiyi vahid məbləğ olacaq.

    Qoşulma haqqının məbləğlərini kənd təsərrüfatı və sənaye təyinatlı, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət göstərən tikinti obyektləri üzrə ayrılıqda və sahibkarların tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Nazirlər Kabineti müəyyən ediləcək./oxu.az

  • Azərbaycan toyunda qəribə addım: Erməni bayrağı… – (FOTO)

    Azərbaycanda toy məclisində maraqlı addım atılıb.

    Xeyir işin sahibi şadlıq evində milli ruhda məclis təşkil edib. Belə ki, restoranda zalın giriş qapısının bir tərəfinə Azərbaycan, digər tərəfinə Türkiyə bayrağı asılıb.

    Bu barədə toya dəvət alan şair Daşqın Ziyəddinoğlu məlumat verib.

    Bununla yanaşı, toy sahibinin təşəbbüsü ilə Ermənistan bayrağı zalın giriş qapısının önündə yerə qoyulub. Toya gələn qonaqlar bayrağı tapdalayaraq salona daxil olub.

  • Azərbaycan qadınlarına nəyi qadağan etmək lazımdır? – SORĞU (VIDEO)

    Ayrı-ayrı vaxtlarda mətbuatda qadınlara müəyyən məsələlərdə qadağa qoyulması ilə bağlı informasiyalar yayılır.

    Bu yaxınlarda Türkiyədə bir şəxs qadınlara işləməyin qadağan edilməsi təklifi ilə mətbuatda çıxış edib. Bildirib ki, qadının evə pul gətirməsi haramdır.

    Türkmənistanda qadınlara avtomobil idarə etmək qadağan olunub.

    Azərbaycanda son zamanlar qadınların taksi xidmətlərindən təkbaşına istifadə etməsinin qadağan olunması təklifləri səslənir və bu, birmənalı qarşılanmır.

    Ümumiyyətlə, Azərbaycanda qadınlara nəyi qadağan etmək lazımdır?

    Baku TV bununla bağlı şəhər sakinlərinin münasibətini öyrənib.

    Median.Az həmin sorğunu təqdim edir:

  • Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi – RƏSMİ

    Daxili İşlər Nazirliyi Şirvanda baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb. 

    Fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub. 

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

    A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı “Makarov” tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər iki ayağından yaraladığını bildirib.

    Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, güllələnmə hadisəsini törətmiş Azər Məmmədov müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur.

  • Efirdə İlhamə Quliyevanın bankda olan pulunun məbləği açıqlandı – 380 min (VİDEO)

    Azərbaycanın əməkdar artisti Firuzə İbadova ARB TV-nin “Səhər-səhər” verilişində maraqlı açıqlamalar verib.

    Baku.ws-in məlumatına görə, müğənni efirdə mərhum xalq artisti İlhamə Quliyevanın ona borcu olduğunu söyləyib.

    O bildirib ki, halal haqlı pulunu indi ala bilmir: “Mən hamını ağ günə çatdırmışam. Mən indi öz pulumu niyə ala bilmirəm? Gələn gedən hər kəs aldadır məni”.

    Aparıcı Elgiz Əkbər isə bildirib ki, pulu İlhamə xanımın razılığı ilə oğlu Orxana veriblər: “Bu borc söhbətində İlhamə Quliyevanın son sözü olub ki, bu pul Firuzəyə çatacaq. Firuzənin köpük-köpük yığdığı pul niyə verilməməlidir?”

    Əli Mirəliyev isə İlhamə Quliyevının bankda 380 min pulu olduğunu söyləyib.

  • Günayın dekoltesi göz qamaşdırdı – FOTO

    Türkiyədə yaşayıb orada fəaliyyət göstərən azərbaycanlı top model Günay Musayeva instagram hesabında yeni fotolarını paylaşıb.

    Baku.ws xəbər verir ki, Musayeva geyindiyi ağ köynəyinin düyməsini sinə dekolte hissəsinə kimi açıq saxlayıb.

    Tənqidlərə və müzakirələrə səbəb olacaq deyə Günay cəld tərpənərək şəkillərindəki şərh yerini bağlayıb.

    Nəzərinizə çatdıraq ki, Musayeva hazırda “Beyaz TV”də “Tarzın olsun” proqramında aparıcılıq edir.

    Günay Musayevanın instagram hesabında paylaşdığı sözügedən fotolarını sizə təqdim edirik:



  • Binadan düşən fasad şüşəsi azərbaycanlı məktəblini doğradı – VİDEO

    Tbilisinin Barataşvili küçəsində yerləşən binaların birindən düşən fasad şüşəsi 6 uşağa xəsarət yetirib. APA TV-nin məlumatına görə, uşaqlardan biri azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

    Bu barədə yeniyetmənin yerləşdirildiyi İnqorovka adına xəstəxanadan bildirilib. Həkimlərin sözlərinə görə, uşağın travmaları çox ağır olub və əməliyyat zamanı onun ürəyi dayanıb.

    Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşmüş məktəblilərdən daha üçünün azərbaycanlı olduğu məlum olub. Uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və bu gün evə buraxılacağı gözlənilir.

    Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.