Month: Mart 2018

  • Seçkidən sonra Təhsil Nazirliyi ləğv olunacaq – ŞOK İDDİA

    Azərbaycanda 3 aya yaxındır ki, təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin 5 dekabr tarixində prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Onun yerinə isə hələ də təyinat olmayıb.

    Median.Az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Ötən 3 ay ərzində mətbuatda təhsil naziri postuna namizəd kimi fərqli-fərqli şəxslərin adı çəkilib. Qarşıdan prezident seçkisi gəldiyini qeyd edən qəzet hesab edir ki, təhsil naziri postuna təyinat, seçkidən sonra yəni aprel ayının sonlarına doğru baş tuta bilər.

    Təhsil üzrə eksperti Kamran Əsədov isə hesab edir ki, bu halın təhsil sisteminə təsiri var: “Bundan başqa da Təhsil Nazirliyində bir çox şəxslər artıq Vergilər Nazirliyinə getdiyi üçün onların da yeri boşdur. Yəni təkcə nazir deyil, nazirlikdə bir sıra vəzifələr idarəçilik baxımından yerində deyil. Bu hal həm dövlətlərarası bir neçə layihələrin həyata keçirilməsini ləngidir, həm də Azərbaycanda hansısa layihəni həyata keçirən xaricilərdə inamsızlıq yaranır”.

    Ekspert təyinatın bu qədər gecikməsinin səbəbini ümumiyyətlə sözügedən nazirliyin ləğv olunacağı ilə də əlaqələndirib: “Düşünürəm ki, seçkilərdən sonra Təhsil Nazirliyi ləğv olunacaq və Elm-təhsil və İnnovasiya adlı qurum yaradılacaq. Bir neçə qurum da bunun tabeliyində birləşəcək. Məncə, təyinatın gecikməsinə də səbəb elə budur. İnsanların təhsilə olan inamı yox idi. Düşünürəm ki, boşluğun aradan qaldırılması üçün zaman lazım olacaq. Çünki yeni gələn şəxs təhsili öyrənəcək, təyinatlar həyata keçirəcək ki, bu da zaman alacaq”.

  • Azərbaycanda dəhşətli hadisə – doğma anasını pula görə küçədə bıçaqladı

    Abşeron Gənclər Şəhərciyində anasını bıçaqlayan S.Zalov “VAZ-2107” markalı avtomobillə hadisə yerindən qaçıb.

    “Report” xəbər verir ki, 17 yaşlı gənc hazırda polis tərəfindən axtarılır.

    Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Qeyd edək ki, zalovlar ailəsi Xudat rayonundandır və şəhərcikdə kirayədə qalır…

    17 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib.

  • Sarkisyanla bağlı videosuna görə məşhurlaşan azərbaycanlı uşaq danışdı – VİDEO

    Qarabağı geri qaytar Sarkisyan. Sən terrorçusan. Qarabağ qaytarmasan nə baş verəcək özün bilirsən. Bu sözlərlə Ermənistan prezidentinə müraciət edən Ucar sakini 9 yaşlı Mehdi Həsənovun videosu internetdə izlənmə rekordları qırır. “XəzərXəbər” həmin ailəni tapıb və Mehdinin vətənpərvərliyinə görə ermənilərin Rusiyada onların başına gətirdikləri oyunları üzə çıxarıb.

    Öncə Sarkisyandan Qarabağı qaytarmağı tələb edir. Daha sonra isə Sarkisyanı terrorçu adlandırır.

    Daha sonra Sən bilirsən Qarabağı qaytarmasan nə baş verəcək deyir və əminliklə əllərini belinə qoyur. İnternetdə fenomenə çevrilən ucarlı uşağı xəzər xəbər tapdı. Sarkisyandan Qarabağı geri qaytarmağı tələb edən uşaq bu addımı ilə izlənmə rekordları qırır.

    Bir müddət Rusiyanın Həştərxan şəhərində yaşamalı olan Mehdi Həsənovun bu videosunun ən az ordakı sözlər qədər böyük tarixçəsi varmış. Belə ki, Mehdi Rusiya kanallarında guya azərbaycanlıların erməni uşaqlarını öldürməsi xəbərini eşidir. Bundan sonra atasından bunun səbəbini soruşur. atası Mayis Həsənov əsl həqiqəti oluna başa salır. Bundan sonra Mehdi məktəbdə sinif yoldaşlarına ermənilərin Azərbaycanlıları öldürdüyünü izah edir hətta rayonlarının işğal tarixlərində məktəbdə bir neçə etiraz aksiyası da təşkil edir.

    Ən maraqlı məqam isə Mehdinin kiçik yaşında keçirdiyi bu aksiyalara görə ailənin başına gələnlərdir. oradakı ermənilər müxtəlif yollarla ailəyə təziq göstəriblər. hətta ailə başçısı məktəbə dəvət olunaraq təhdid edilib.

    yaxınlarının köməkliyi ilə çətinliklə həbsdən çıxan ailə Azərbaycana qayıdıb. İndi Ucarda rusdilli məktəbdə oxuyan Mehdidən təhsil müəssisəsinin direktoru da razılıq edir. O, Mehdinin digər uşaqlardan seçildiyini deyir.

    Bu hadisə özü də erməni xislətini ifşa edən bariz nümunədir. 9 yaşlı uşağı belə özlərinə təhdid hesab edən bu təfəkkürün daşıyıcıları əslində soyqırım kimi qətliamları törətməyə qadir olduqlarını sübut edirlər.

  • Bakıda Facebook-da təhqirə görə kütləvi dava düşdü

    Bakıda çayxanada kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.

    “Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

    Rayon ərazisində fəaliyyət göstərən çayxanaların birində 4 nəfər arasında əlbəyaxa dava olub.

    1998-ci il təvəllüdlü Kərimov Sabir Fəxrəddin oğlu dava zamanı qarın nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

    Yaralının yaxınlarının verdiyi məlumata görə, o, evi tərk edərək marketə getdiyini bildirib. Məlum olub ki, S.Kərimov “facebook” sosial şəbəkəsində dostunun təhqir olunduğunu görüb. Və onunla ilə birgə sosial şəbəkədə dostunu təhqir edən şəxsi çayxanaya çağırıb. Çayxanada yaranmış mübahisə nəticəsində əlbəyaxa dava olub.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma aparılır.

  • Azərbaycanlılar xaricə vizanı ASAN-dan alacaqlar

    Azərbaycan vətəndaşlarına “ASAN xidmət” mərkəzləri tərəfindən viza verilməsi üçün “ASAN Viza” – 2 konsepsiyası hazırlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

    “Hazırda müvafiq qurumlarla danışıqlar aparırıq. Pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi qurulacaq.

    Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ danışıqlar gedir. Danışıqlar yekunlaşandan sonra konkret zaman müəyyən olunacaq”, – deyə Dövlət Agentliyinin sədri bildirib.

    Qeyd edək ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq, elektron vizaların üç saat ərzində alınması üçün müraciət edə bilərlər.

    “ASAN Viza” sistemi Azərbaycan Respublikası prezidentinin 2016-cı il 1 iyun tarixli, 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb.

  • Ölkəmiz Gimnaziadaya qatılacaq

    Bu gün Məktəb İdmanları Federasiyasının (MIF) təsis olunması ilə bağlı Milli Olimpiya Komitəsində Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirilib.

    MIF-in prezidenti, millət vəkili Sevinc Hüseynova bildirib ki, ötən il təsis olunmuş federasiya artıq mərkəzi qərargahı Belçikanın Antverpen şəhərində olan Beynəlxalq Məktəb İdmanları Federasiyasının üzvüdür.

    “2018-ci ildə Azərbaycan ilk dəfə 2-9 may tarixlərində Mərakeşdə keçiriləcək XVII Yay Gimnaziya Oyunlarında iştirak edəcək, 10-dan artıq idman növündə təmsil olunacaq.

    Ümumilikdə isə beynəlxalq miqyasda belə federasiyalar 43 idman növü üzrə fəaliyyət göstərir”.

    Nazir Azad Rəhimov bildirib ki, bu, artıq qeydiyyatdan keçmiş 84-cü idman federasiyasıdır. O qeyd edib ki, bu federasiyanın yaranmasına ehtiyac vardı./oxu.az

  • Müğənni qəza yalanı ilə özünü reklam etdi – YENİLƏNİB + VİDEO

    Xəbər verdiyimiz kimi, sosial şəbəkədə müğənni Zenfira İbrahimova və prodüser Aynur Bağırovanın avtomobil qəzasına düşməsinin videosu yayılıb.

    Məlum olub ki, yayılan video həqiqəti əks etdirmir. İfaçının prodüseri ucuz reklam yolu seçərək insanları aldadıb. Sözügedən görüntülər TV proqramı üçün nəzərdə tutulub.

    * * * *

    Müğənni Zenfira İbrahimova və prodüser Aynur Bağırova avtomobil qəzasına düşüb.

    Oxu.az xəbər verir ki, müğənninin prodüseri baş verən hadisəni “Instagram” hesabında paylaşıb.

    O, bildirib ki, qəza nəticəsində heç biri xəsarət almayıb.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Yanvarda paytaxtda içki və ərzaq bahalaşıb

    2018-ci ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar ayı ilə müqayisədə 3,0 faiz artaraq 1490,3 milyon manat olub.

    Bakının ticarət şəbəkələrində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 694,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,8 faiz artaraq 795,4 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 21,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 65,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

    Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,2 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz az istehlak məhsulları satılıb.//oxu.az

  • İmtahanların ödəniş tarifləri dəyişdiriləcək

    İmtahanlara sərf olunan maliyyə vəsaiti və digər məsələlər tərəfimizdən əsaslandırılaraq təkliflər hazırlanacaq”.

    Bunu “APA”-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

    Onun sözlərinə görə, yeni təkliflər gələn il Tarif Şurasına təqdim ediləcək.

    M. Abbaszadə 2019-cu ildə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiq olunacağını da xatırladıb: “Bununla əlaqədar regionlarda seminarlar keçiririk. Bu seminarlarda əsas məqsəd yeni növ qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar müəllimlərin hazırlıq səviyyəsini artırmaqdır”.

    Qeyd edək ki, Tarif Şurası 2017-ci ilin martında DİM-in müraciəti və təkliflərini nəzərə almaqla, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərini 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirib.

  • Dördüncü sinif şagirdi intihar edib

    Zaqatalada IV sinif şagirdi intihar edib.

    Median.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.

    Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib.

    İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

    Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin IV sinif şagirdi idi.

    Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.