Month: March 2018

  • “Topaz”dan 50 bilet və 2 noutbuk oğurladı

    Bakıda oğurluq etdiyinə görə tutulmuş şəxsin başqa cinayəti üzə çıxıb.

    Median.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Elçin Rəşidovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə onun yanvarın 24-də rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrininin birindən videokamera, televizor, 2 noutbuk və 50 ədəd lotoreya bileti oğurlaması da müəyyən edilib.

    Bundan başqa oğurluğa görə tutulmuş H.Qurbanovun şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından, A.Alıyarovaya məxsus çantadan pul oğurlaması da müəyyən edilib. Belə ki, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə tutulmuş Hicran Qurbanovun ətrafında Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.

  • Требуем финансовую справку о зарплате главы АЗТВ – СУД ИДЕТ!

    Бакинский суд по делам о тяжких преступлениях продолжил рассмотрение дела группы лиц по обвинению в покушению на убийство близких председателя Азгостелерадио Арифа Алышанова и мошенничестве против его самого.

    Как передаёт Median.Az со ссылкой на Vesti.Az, один из обвиняемых Шуджает Акбаров подал протест против состава суда на том основании, что судьи питают дружбу к А.Алышанову и что суд отклоняет все ходатайства, поданные для объективного рассмотрения дела, а также что судья грубо обращается с присутствующими в зале членами его семьи.

    Адвокат заявил, что отклонение ходатайства о возвращении дела на следствие ввиду процессуальных нарушений вызывает сомнения в справедливости суда. Отметим, что в соответствии с обвинительным актом Ш.Акбаров взял у А.Алышанова почти 5 млн. манатов, обещав купить для него земельные участки в Шамахинском и Кюрдамирском районах Азербайджана. Кроме того, за период 2013-2017 гг. он вместе с некими Зохрабом Шириновым, Мусаби Намазовым и Гочали Джабиевым несколько раз устроил покушения на жизнь А.Алышанова.

    Затем адвокат Ш.Акбарова подал ходатайство об отложении рассмотрения дела на том основании, что его подзащитный не смог ознакомиться с материалами дела, поскольку не имеет грамоты по современной латинской графике: “Прокуратура проигнорировала это и тем совершила грубое процессуальное нарушение”. Но и это ходатайство не было принято – суд заявил, что это приведет к затягиванию процесса.

    Тогда адвокат подал ходатайство о запросе в нотариат Шамахинского района относительно договоров купли-продажи земельных участков на имя А.Алышанова или его близких за 2013-2017 гг. и затребовании выписки списка имущества последнего из Государственной службы реестра. Ходатайство было сохранено без рассмотрения. Адвокаты потребовали финансовую справку о зарплате А.Алышанова за 2013-2016 гг. Это ходатайство также не было удовлетворено.

  • 62 yaşlı direktordan 11 yaşlı qıza qarşı MƏKTƏBDƏ İYRƏNC ƏMƏL: otağına saldı və dəfələrlə… – Xaçmazda

    Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Alxasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib. Gülfərz Alxasov 1996-cı ildən həmin məktəbdə direktor kimi fəaliyyət göstərib.

    O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Sayalı Məmmədovaya (ad və soyad şərti verilib – H.Z.) qarşı əxlaqsız hərəkətlər edib.

    Direktorun otağında əxlaqsız hərəkət

    İttihama görə, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə azyaşlı şagirdi Sayalı Məmmədovaya seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.

    Bu məqsədlə o, 20 sentyabr 2017-ci il tarixdə Sayalı Məmmədovanı xidməti otağına çağırıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

    Şantaj və əxlaqsızlıq

    Daha sonra Gülfərz Alxasov bu hərəkətlərinin heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonra o, növbəti günlərdə Sayalı Məmmədovanı xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.

    Gülfərz Alxasovun bu hərəkətləri həmin ilin oktyabrın 30-dək davam edib. O, hər dəfə azyaşlı qızı xidməti otağına çağıraraq, onunla seksual xarakterli hərəkətlər edib.

    İddia olunur ki, Gülfərz Alxasov 6-cı sinifdə oxuyan qızı hərə dəfə otağına çağıranda, onun dodağından öpüb, sonra digər hərəkətlər edib.

    Direktorun sonuncu görüşü

    Sonuncu dəfə oktyabrın 30-da Gülfərz Alxaasov xidməti otağına çağırdığı şagirdi ilə intima münasibətdə olmağa başlayıb. O, Sayalı Məmmədovanı kreslosunda oturduğu vaxt qucağına alıb və öpməyə başlayan zaman məktəbin işçilərindən biri içəri daxil olub.

    Bundan sonra Gülfərz Alxasovun hərəkətlərinin üstü açılıb. Onun bu hərəkətləri qəsəbədə yayılıb və olaydan xəbərdar olan qızın valideynləri polisə şikayət ediblər.

    Şagirdinə təcavüz edən direktorun həbsi

    Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

    Gülfərz Alxasovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İş hakim Fizuli Mirzəquliyevin icraatına verilib.

    “Cinayət sübuta yetirilməyib”

    Prosesdə təqsirləndirilən şəxsin vəkili Ayxan Rüstəmzadə vəsatətlə çıxış edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi Gülfərz Alxasovun təqsiri sübuta yetirilmədiyi halda, yalnız zərərçəkmiş şəxs qismində tanınmış 14 yaşı tamam olmamış məhdud fəaliyyət qabiliyyətli qızın, məktəbin bir əməkdaşının kütləvi informasiya vasitələrinə verdiyi sözlər məcmuəsindən ibarət həqiqəti ehtiva etməyən məlumat əsasında Cinayət Məcəlləsınin 153.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Xaçmaz rayon polis şöbəsınin istintaq bölməsinin müstəntiqi Sail Tağıyev tərəfindən yekunlaşdırılaraq məhkəməyə təqdim edilib.

    “Bu hakim vəsatətə baxıb”

    Vəkil qeyd edib ki, hazırda Gülfərz Alxasovun təqsirləndirilməsınə dair cinayət işi hakim Fizuli Mirzəquliyevin icraatındadır: “Cinayət işinin hakim Fizuli Mirzəquliyevin icraatında olması işin qeyri-obyektiv araşdırılmasına, sübutlara düzgün hüquqı qiymət verilməməsinə zəmin yaradacaq. Hakim Fizuli Mirzəquliyev iş üzrə əvvəllər hüquqlarını müdafıə etdiyi Gülfərz Alxasov barədə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxıb”.

    “Obyektiv olmadığını bəyan etdi”

    Müdafiəçinin fikrincə, hakim Fizuli Mirzəqııliyevin bu cinayət işində obyektiv qərar qəbul etməyəcəyi hələ təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçən zaman açıq-aydın görünüb: “Çünki, hakim Gülfərz Alxasovun təqsirləndirildiyi iş üzrə heç bir mötəbər sübut olmamasına baxmayaraq, sadəcə olaraq zərərçəkmiş şəxs qismində tanınmış 14 yaşı olmamış məhdud fəaliyyət qabiliyyətli qızın və məktəbin bir əməkdaşının Kütləvi İnformasiya Vasitələrinə verdiyi sözlər məcmuəsindən ibarət məlumat əsasında 62 yaşlı, ali təhsilli, ziyalı, daimi yaşayış yeri olan şəxs barəsində həbs qətimkan tədbiri seçib. Hakim bu qərarı ilə işin obyektiv araşdırılmasında maraqlı olmadığını bəyan edib. Bu hal birbaşa olaraq hakimin yenidən Gülfərz Alxasovun təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxaraq araşdırma aparmasını məhdudlaşdırır”.

    Vəkil qeyd edib ki, hakim Fizuli Mirzəquliyevin iş üzrə qeyri-obyektiv olacağına şübhə yaradacaq əsaslar var: “Eləcə də təyin edilmiş məhkəmə prosesləri zamanı iş üzrə zəruri əhəmiyyət kəsb edən vəsatətlər verməsinə baxmayaraq hakim nəyəsə görə vəsatətləri, eləcə də 20 fevral 2018-ci il tarixinə təyin edilmiş prosesdə təqsirləndirilən şəxs barəsində ev dustaqlığının seçilməsi barədə əsaslı vəsatətimizi təmin etməyib”.

    İşə hansı məhkəmə obyektiv baxacaq?

    Vəkil etirazda əlavə olaraq göstərib ki, Xaçmaz rayon Məhkəməsinin bütün məhkəmə tərkibinin sözügedən cinayət işində obyektiv olmayacaqlarını, hüquq-mühafızə orqanlarının məhkəməyə təsirini və bunun da hüquqlarını müdafiə etdiyi Gülfərz Alxasov barəsində qeyri-obyektiv araşdırma aparılaraq qanunsuz qərarın qəbul edilməsinə səbəb olacaq. O, Xaçmaz rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz verib və cinayət işinin materiallarının bu məhkəmədən alınaraq başqa bir məhkəməyə verilməsinə əsas yaratdığını qeyd edib.

    Etiraz rədd edildi, hakimlər haqlı çıxdı

    Prosesə sədrlik edən hakim vəkilin etirazı ilə bağlı iş üzrə məhkəmənin gedişinin yarımçıq saxlayıb və onun barəsində verilmiş etiraza baxılması üçün iş materiallarını Sumqayıt Apelyasiya Məhkəməsinə göndərib.

    Apelyasiya instansiyasında etiraza hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baxılıb. Hakim vəkil tərəfindən verilən etirazı əsassız hesab edib və işin yenidən baxılması üçün Xaçmaz rayon Məhkəməsinə qaytarılması barədə qərar çıxarıb.

    Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Publika.az

  • В Азербайджане выдано более 5 тысяч лицензий для ведения бизнеса

    Министерство экономики Азербайджана до сегодняшнего дня выдало 5 311 лицензий на предпринимательскую деятельность посредством портала электронной выдачи лицензий и разрешений.
     
    Как передаёт Median.Az со ссылкой на apa.az, об этом заявил заместитель министра экономики Сахиб Мамедов. По его словам, 51% выданных лицензий являются новыми. «Сумма пошлины на выдачу лицензий и разрешений снижена вдвое, в регионах – в 4 раза». 

  • Советник министра: «С 1 января 2019 года все налогоплательщики должны осуществлять полностью прозрачную деятельность»

    «Если налогоплательщики не приведут в порядок документацию, налоговые органы применят к ним соответствующие санкции».
     
    Как передаёт Median.Az со ссылкой на apa.az, об этом заявил советник министра налогов Азербайджана Хагани Абдуллаев. «Принимая во внимание определенные трудности, налогоплательщикам дается время до конца года. С 1 января 2019 года все налогоплательщики должны осуществлять полностью прозрачную деятельность», – сказал он.
     
    Хагани Абдуллаев отметил, что важнейшей задачей налоговых органов является высокий уровень качества предоставляемых налогоплательщикам услуг. По его словам, данные услуги будут строиться в соответствии с ожиданиями и требованиями налогоплательщиков и будут совершенствоваться. Х.Абдуллаев также подчеркнул, что для предотвращения необоснованных финансовых санкций все спорные вопросы будут расследоваться с участием налогоплательщиков.

  • Замминистра: «Количество налоговых проверок будет еще более сокращено»

    «Уже 3 месяца как Министерство налогов временно приостановило проверки и работает над внедрением более эффективных механизмов налогового контроля».
     
    Как передаёт Median.Az со ссылкой на apa.az, об этом сообщил заместитель министра налогов Сахиб Алекперов. «Цель Министерства налогов – не проводить проверки, а применять новые подходы в системе контроля и повысить качество и эффективность налоговых проверок. Количество налоговых проверок будет еще более сокращено. Но это не означает, что не будет никакого налогового контроля, так как налоговые органы могут выявлять рискованных налогоплательщиков дистанционно. Чтобы избежать будущих инспекций и санкций, предприниматели должны устранить нарушения в своей деятельности. Проверки будут проводиться для расследования деятельности рискованных налогоплательщиков в соответствии с требованиями закона».

  • Azərbaycanda qida məhsulları ilə bağlı yeni standartlar hazırlanacaq

    “Qida Təhlükəsizliyi Agentliyinin hər hansı məhsulu yoxlamağa başlaması ilə bağlı yayılan məlumatlar yanlışdır”.
     
    “APA-Economics”in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
     
    Onun sözlərinə görə, heyvan mənşəli məhsullar yüksək təhlükəli qidalar qrupuna aiddir: “Çünki, bu gün yol qırağında ət kəsimi işini görən obyektlərdə ekspertiza rəyi olmadan ətlər satılır. Təbii ki, bu da əhalinin həyatını risk altına salan amillərin başlıca səbəbidir”,- deyə Q. Təhməzli qeyd edib.
     
    Q. Təhməzli bildirib ki, küçələrdə, yol kənarlarında səhər saatlarında, xüsusilə də uşaqların məktəblərə getdiyi zaman iri və xırda buynuzlu heyvanların kəsimi həyata keçirilir: “İlk növbədə buna nəzarət lazımdır. Bəzi insanlar elə düşünür ki, hansısa heyvanın göz önündə kəsilməsi sağlamlıqdan xəbər verir. Bu, tamamilə yanlış düşüncədir. Çünki, heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Yaxın gələcəkdə iri depolarla bağlı, eyni zamanda tez xarab olan məhsulların çatdırılması və qidalanma ilə bağlı digər vacib məsələlər üçün standartlar müəyyənləşdiriləcək”.

  • В результате оккупации Азербайджану был нанесен материальный ущерб свыше 818 миллиардов долларов США

    «С целью установления в соответствии с международными стандартами размера материального ущерба, нанесенного Азербайджану и его гражданам в результате оккупации Арменией азербайджанских земель, была назначена судебная экспертиза. По предварительным подсчетам, размер материального ущерба составляет 818 миллиардов 880 миллионов долларов США».
     
    Как сообщает АПА, об этом на научно-практической конференции, посвященной 100-летней годовщине геноцида азербайджанцев, заявил начальник Отдела специальных расследований Военной прокуратуры Эмиль Тагиев. Он сказал, что до сегодняшнего дня были доказаны предусмотренные в статьях 103 (геноцид), 107 (депортация), 113 (насилие), 115 (нарушение военных законов и обычаев), 116 (нарушение международных гуманитарных норм во время вооруженного конфликта) УК Азербайджана преступления 39 лиц в связи с Ходжалинским геноцидом, 12 лиц – в связи с геноцидом в Гарадаглы Агдамского района, 12 лиц – в связи с геноцидом в Баганис-Айрым, 9 лиц – в связи с геноцидом в Мешали, 47 лиц – в связи с геноцидом в поселке Керкиджахан, 35 лиц – в связи с фактами насилия, 3 лиц – в связи с фактами терроризма, 133 лиц – в связи с фактами бандитизма, умышленного убийства и других преступлений, в целом 296 лиц. Эти лица были привлечены в качестве обвиняемых:
     
    «В их отношении была избрана мера пресечения в виде ареста. Соответствующие документы по розыску этих лиц были переданы в Национальное бюро Интерпола и Министерство внутренних дел».
     
    По словам начальника отдела, в ходе расследования было осуществлено более 75 000 следственных действий: «Среди них допросы почти 25 000 человек, признанных в качестве потерпевших и правопреемников потерпевших, около 6 000 человек были допрошены в качестве свидетелей. 18 236 человек были признаны гражданскими истцами. Проведено более 1000 различных видов экспертиз. В настоящее время продолжается работа по выявлению и привлечению к ответственности других лиц, организовавших и совершивших эти преступления». 

  • Hərbi Prokurorluq: İşğal nəticəsində Azərbaycana dəymiş maddi ziyan 818 milyard ABŞ dollarından çoxdur

    “Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə kompleks məhkəmə ekspertizası təyin edilib. İlkin hesablamalara görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir”.

    APA-nın xəbərinə görə, bunu azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib. O bildirib ki, bu günə qədər sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətmiş şəxslərdən Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanis-Ayrım soyqırımı üzrə 12, Meşəli soyqırımı üzrə 9, Kərkicahan soyqırımı üzrə 47, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3 nəfər, ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 133 nəfər, ümumilikdə isə 296 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirildiyindən onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib: “Onlar barəsində həbs qətimkan tədbiri seçilib. Axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim olunub”.

    Şöbə rəisi qeyd edib ki, istintaq zamanı işlər üzrə ümumilikdə 75 mindən artıq istintaq hərəkəti icra edilib: “Onlardan 25 min nəfərə yaxın şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaqla, 6 min nəfərə yaxın şəxs isə şahid qismində dindiriliblər. 18 236 nəfər mülki iddiaçı qismində tanınıb. 1000-dən artıq müxtəlif növ ekspertizalar keçirilib. Hazırda qeyd edilən cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi işi davam etdirilir”.

  • Nazir müavini: “Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq”

    “Artıq 3 aydır ki, Vergilər Nazirliyi yoxlamaları müvəqqəti olaraq dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir”.
     
    “APA-Economics”in məlumatına görə, bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
     
    Onun sözlərinə görə, Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və  səmərəliliyinin artırılmasıdır: “Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma bu o demək deyil ki, vergi nəzarəti olmayacaq. Hazırda vergi inzibatçılığı elə bir səviyyədədir ki, vergi orqanları yüksək elektronlaşdırma nəticəsində məsafədən idarəetmə metodu ilə riskli vergi ödəyicilərini aşkar edə bilir, ona görə də təsərrüfat fəaliyyətlərində problemləri olan, uçot işlərini düzgün qurmayan və riskli hesab edilən vergi ödəyiciləri qanunvericiliyin tələblərinə daha ciddi riayət etməlidirlər. Gələcəkdə yoxlamalar və sanksiyalarla üzləşməmək üçün sahibkarlar öz fəaliyyətlərindəki qanun pozuntularını aradan qaldırmalıdırlar. Qanunun tələblərinə uyğun olaraq riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması məqsədilə müvafiq yoxlamalar aparılacaq”.