Month: March 2018

  • Əcnəbilər sabahdan etibarən Formula-1 üçün viza ala biləcək

    Sabahdan etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2018 Formula-1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən viza ala biləcək.

    Bu barədə məlumat Azərbaycan Respublikası prezidentinin “2018 Formula-1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” 19 yanvar 2018-ci il tarixli sərəncamında verilib.

    Sərəncamda bildirilib ki, Azərbaycan Respublikasında keçiriləcək 2018 Formula-1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2018-ci il martın 15-dən mayın 15-dək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza alması üçün aşağıdakı sənədlərdən hər hansı biri viza verilməsi üçün əsas hesab ediləcək:

    – Formula-1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd;

    – Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart;

    – 2018 Formula-1 Azərbaycan Qran-Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

  • Xalq artisti qayda pozan sürücüyə görə yol polisinə çağırış etdi – FOTO

    İfaçı əsəbiləşərək sürücünü qanunları saymayan və yalnız öz rahatlığını düşünən “bir ədəd azərbaycanlı” adlandırıb

    Xalq artisti Faiq Ağayev Bakıda yol hərəkəti qaydasının pozulması faktını ifşa edib.“Qafqazinfo” xəbər verir ki, ifaçı paytaxtın Yasamal rayonu, H.Cavid prospekti ilə H.Məcidov (keçmiş B.Bağırova) küçəsinin kəsişməsində dayanma-durma qaydasını pozmuş avtomobilin fotolarını çəkərək sosial şəbəkədəki hesabında paylaşıb. Məlumata görə, 99-KH-853 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” avtomobili piyadaların hərəkət yolunda park edilərək onların hərəkətinə mane yaradıb. İfaçı bundan əsəbiləşərək avtomobilin sürücüsünü qanunları saymayan və yalnız öz rahatlığını düşünən “bir ədəd azərbaycanlı” adlandırıb. O, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədova da çağırış edərək, həmin sürücü barədə ölçü götürülməsini istəyib.

  • Sahibkarlar vergi qanunvericiliyi ilə bağlı təkliflər verə bilərlər

    Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, şəffaflığın təmin edilməsi, idarəetmə prinsiplərinin yenidən təşkili və gələcək iş fəaliyyətinin əsas istiqamətlərinin vergi orqanları əməkdaşlarına və sahibkarlara çatdırılması məqsədilə mart ayının 5-dən 9-dək vergi xidməti əməkdaşları və iş adamları ilə görüşlər keçirilib.

    Median.Az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal və Kiçik Sahibkarlıqla İş Departamenti, eləcə də, ərazi vergi orqanlarının yerləşdikləri və əhatə dairəsində olan 12 şəhərdə – Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Lənkəran, Şəmkir, Quba, Göyçay, Qəbələ, Zaqatala, Şamaxı və İmişlidə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 4000-ə yaxın vergi ödəyicisi iştirak edib.

    Görüşlərdə bildirilib ki, hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də, ictimaiyyətin nümayəndələrinin fikir və təklifləri öyrənilir.

    Bu prosesdə sahibkarlar təşəbbüskar olmalı, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər.

    Görüşlərdə vergi ödəyicilərinə ünvanlanmış müasir vergi siyasətinə uyğun tələb və gözləntilər, vergilərin könüllü ödənilmə səviyyəsinin yüksəldilməsi, vergi uçotunun təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında münasibətlərin qarşılıqlı hörmət və etimad əsasında qurulmasının vacibliyi, vergi auditinin gəlir və xərc sənədlərinə əsasən aparılması, vergi qanunvericiliyi, vergi inzibatçılığı və digər məsələlər barədə vergi ödəyiciləri ilə işgüzar şəraitdə müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

  • Cəbhədə gərginlik davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Məşhur azərbaycanlı müğənninin apardığı toyda QƏTL – Bıçağı çıxardıb vurdu – VİDEO

    Ötən gün “5/5” verilişinin qonağı olan Qədir Qızılsəs toyda başına gələn bir neçə qəribə hadisədən danışıb.

    Milli.Az xəbər verir ki, müğənni təxminən 20 il əvvəl idarə etdiyi toyda ona mahnı sifariş edən şəxsin naməlum şəxs tərəfindən bıçaqlandığını deyib.

    Qədir Qızılsəsin sözügedən açıqlaması aşağıdakı videoda:

  • Stiven Hokinq öldü

    Britaniyalı fizik Stiven Hokinq 76 yaşında dünyasını dəyişib.

    Bu barədə “The Guardian” nəşri yazır.

    Məlumatı alimin ailəsi də təsdiqləyib.

    Onun övladları Lusi, Robert və Tim atalarının ölümü ilə bağlı yazılı açıqlama veriblər.

    “Sevimli atamızı bu gün itirmiş olmanın kədərini yaşayırıq.

    Çox böyük bir elm adamı, fəaliyyəti və qoyduğu miras illərcə yaşayacaq möhtəşəm bir şəxsiyyət idi”.

    S.Hokinq 1988-ci ildə dərc edilən “Zamanın qısa tarixi” adlı elmi işindən sonra məşhurluq qazanıb. Kitab ondan çox dilə tərcümə edilib və 10 milyondan çox tirajla dərc olunub.

    S.Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Onun əsas nailiyyətləri qara dəliklərin təsvirində termodinamikanın tətbiqi və “qara dəliklər”in “Hokinq şüalanması” kimi tanınan proses nəticəsində “buxarlanmasının” sübuta yetirilməsidir.

    21 iyul 2004-cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunun həllinə dair öz fikrini irəli sürüb.

    Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o, həmçinin qara dəliklərin araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atıb.

    Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar./oxu.az

  • В Ширване родственники ранили друг друга ножом

    Как сообщает Median.Az, в Ширванскую городскую больницу с ножевыми ранениями были доставлены жители города Ветен Ганиев (1988-го года рождения) и Мурад Фаталиев (2000-го года рождения). Им была оказана необходимая медецинская помощь.

    Прибывшим в больницу сотрудникам полиции стало известно, что Ганиев и Фаталиев родственники, они во время инцидента нанесли друг другу ножевые ранения.

    По факту ведется расследование.

  • Bakıda ŞOK QƏZA: Piyadanı vurdu, “Polisəm” deyib qaçdı

    Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

    Hurriyyet.org xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.

    1953-cü il təvəllüdlü Sarıyev Tofiq Əmrah oğlu 8-ci km bazarının qarşısından yolun digər tərəfinə keçərkən onu qara rəngli minik avtomobili vurub. Piyada ağır xəsarət alıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

    Yaralının yaxınlarının “Report”a verdiyi məlumata görə, hadisəni törədən sürücü özünü polis əməkdaşı kimi təqdim edib. Daha sonra yaralıya lazımı yardım göstəriləcəyini bildirirək, hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

  • Саудовский принц совершил суицид в аэропорту – ВИДЕО

    Саудовский принц Бандар бин Халид бин Абдул Азиз аль-Сауд сбросился с балкона в аэропорту Лондона, когда несколько охранников пытались схватить его насильно, чтобы депортировать его из Великобритании.

    Видео инцидента опубликовано на Youtube.

    Сообщается, что в Саудовской Аравии объявили о смерти принца Бандара, отметив, что он будет отпет в Великой мечети без упоминания о суициде.

    Также отмечается, что наследный принц Саудовской Аравии Мохаммед бин Салман подписал в Британии ряд соглашений на сумму более 90 миллиардов долларов.

  • Səudiyyəli şahzadə London aeroportunda intihar etdi – VİDEO

    Səudiyyəli şahzadə Bandar bin Xalid Əbdül Əziz əl-Səud London hava limanında intihar edib.

    Şahzadə mühafizəçilərin onu deportasiya etmək üçün güc tətbiq etdikləri zaman özünü eyvandan atıb.

    Qeyd olunur ki, Səudiyyə Ərəbistanında şahzadə Bandarın ölümünü təsdiqləyiblər.

    Bildirilir ki, Səudiyyə Ərəbistanının varisi şahzadə Məhəmməd bin Salman Britaniyada 90 milyard dollarlıq bir neçə müqavilə imzalayıb./oxu.az