Month: March 2018

  • Синоптики порадовали с погодой

    15 марта в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, в основном без осадков. Ночью и утром местами слабый туман, изморось. Умеренный южный ветер днем временно усилится.

    Как сообщили oxu.az в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, температура воздуха на Абшеронском полуострове ночью составит 2-5°, днем 7-11°, в Баку ночью 2-4°, днем 8-10°.

    Атмосферное давление понизится с 764 до 759 мм ртутного столба. Относительная влажность ночью составит 70-80%, днем 50-55%.

    В районах осадков в основном не ожидается, однако ночью и утром в некоторых северных и восточных районах могут быть дожди. Кое-где будет туман. Восточный ветер временами усилится.

    Температура воздуха ночью составит 1-5°, днем 8-13°, в горах ночью 0-5° мороза, днем 3-8°.

  • Tovuzda baş verən ana və körpə ölümünün ilkin səbəbləri məlum olub

    Tovuzda baş verən ana və körpə ölümünün ilkin səbəbləri məlum olub.

    Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova “Report”a açıqlamasında deyib ki, Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızının körpəsi ana bətnində ölü olub.

    O qeyd edib ki, anada vaxtı çatmış hamiləlik olub: “Qadın xəstəxanaya daxil olan kimi rahat və sərbəst şəkildə ölü döl bətindən azad olunub. Prosesdən sonra ana bütün müayinələrdən keçib. Müayinələrdə doğum yolları ilə bağlı problem olmayıb. 10 saatdan sonra ananın vəziyyəti qəflətən pisləşib. Ona lazımi reanimasyon tədbirlər göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Bir həftəyə meyitlə bağlı analizlərin cavabı məlum olacaq. Yalnız bundan sonra ananın dəqiq ölüm səbəbi müəyyənləşəcək”.

  • Vergilər Nazirliyi sahibkarlara tam şəffaf fəaliyyət göstərmək üçün bu ilin sonuna qədər vaxt verib

    Azərbaycanda vergi ödəyicilərinin sənədləşmələri qaydasında olmadığı təqdirdə, vergi orqanları onlara müvafiq sanksiyalar tətbiq edəcək.

    “Report” xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.

    “Müəyyən çətinliklər nəzərə alınaraq, vergi ödəyicilərinə ilin sonuna qədər vaxt verilir. 2019-cu il yanvarın 1-dən bütün vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidirlər. Keçid dövründə vergi hesablamaları və ödənişləri real vəziyyəti əks etdirməklə həyata keçiriləcək”, – o qeyd edib.

    Nazirin müşaviri yeni dönəmdə vergi orqanlarının da qarşısına qoyulmuş tələbləri tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Bu gün vergi orqanlarının ən ümdə vəzifəsi vergi ödəyicilərinə yüksək səviyyədə xidmət göstərməkdir. Sahibkarların öz vergi öhdəliklərini rahat yerinə yetirmələri üçün vergi ödəyicilərinə göstərilən xidmətlər onların gözləntilərinə və tələblərinə uyğun formada qurulacaq və təkmilləşdiriləcək. Vergilər Nazirliyi ödəyicilərə kifayət qədər xidmətlər təklif edir və qarşılıqlı etimad şəraitində onları eşitməyə, qanuni tələblərinə baxmağa, kömək göstərməyə həmişə hazırdır”.

    X.Abdullayev vergi ödəyiciləri ilə münasibətdə onların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb: “Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi dəqiqləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicilərinin iştirakı ilə araşdırılacaq, Apelyasiya Şurasının fəaliyyəti fəallaşdırılacaq, vergi administrasiyası daha açıq şəkildə çalışacaq”.

  • Ötən ay 712 nəfər məcburi qaydada Azərbaycandan çıxarılıb

    Dövlət Miqrasiya Xidməti (DMX) fevral ayı ərzində Azərbaycanda miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1585 qərar qəbul edib.

    Bu barədə “Report”a DMX-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycanda miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər cari ilin fevral ayı ərzində də davam etdirilib.

    2018-ci ilin fevral ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1585 qərar qəbul edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 900 qərar qəbul edilib ki, onlardan 712-si ölkəni tərk etmə barədə, 188-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub. Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 643 qərardan 495-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 148-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub. Müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı 10, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycanda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 32 qərar qəbul edilib.

    Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6421 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

    2018-ci ilin fevral ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 43338 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

    Ay ərzində DMX-nin “Çağrı mərkəzi”nə 8152 zəng daxil olub.

  • Atasının ölümündən sonra toylara gedən Damla üsyan etdi: “Utanın!”

    Atasının ölümündən bir neçə gün sonra toy məclislərinə gedən müğənni Damla ona ünvanlanan tənqidlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Görəsən, içinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, gərçəkləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq sizin üçün bu qədərmi adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən dırnaq arası insancıqlar, siz mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? Mən anamın icazəsi, halallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilirsiniz? Məcburam.

    Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istəmədiyim bir çox şeylər… Bunların hesabatını kim ödəyəcək? Mən təkəm, arxasızam. O yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çoxmu canınız yanır?

    Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz, ailə məclisidir. Mən klublarda, əlimdə içki masasında görüntülənməmişəm axı. Ağzınıza nə gəlir, yazırsınız. Yoxsa hər həftə bir saç rəngindəyəm? Yoxsa atamdan sonra soyunmağa başlamışam? Nə dəyişib ki?

    Mən illərlə ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun edə bilmədiyi yükü tək çəkmişəm. Sağlığında insana dəyər verərlər. Ona sağ ikən heç bir sıxıntı yaşatmamışam. Heç vaxt çətinlik çəkməyə qoymamışam. Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın! Bilsəm ki, mən sussam atam geri dönəcək, illərlə səsimi belə çıxarmaram. Allahınız olsun, susun. Mənim acım, mənim itkim mənimdir”.

  • Xaçmaz xəstəxanası qardaşı tərəfindən güllələnən uşağın səhhəti barədə açıqlama verib – YENİLƏNİB

    Xaçmaz rayonunda qardaşı tərəfindən güllələnən İlxıçı kənd sakini, 2005-ci il təvəllüdlü R.-nın vəziyyəti normaldır.

    Bu barədə “Report”un Şimal bürosuna Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, uşağın sağ budun ön səthinin yuxarı üçdə birinin qırma yaralanması diaqnozu ilə xəstəxananın Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

    * * * * *

    Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib.

    “Report” xəbər verir ki, hadisə rayonun İlxıçı kəndində qeydə alınıb.

    Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından qardaşı R.-ya atəş açıb.

    Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda bankomatdan pul çıxaran şəxsin pulları əlindən alınıb

    Bakıda bankomatdan pul çıxaran şəxsin pulları əlindən alınıb.

    “Report”un xəbərinə görə, Xəzər rayon sakini İsax Behbudov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bankomatdan pul çıxaran zaman naməlum şəxs onu arxadan vuraraq xəsarət yetirib, 600 manat pulunu və bankomat kartını götürərək hadisə yerindən qaçıb.

    Faktla bağlı araşdırma aparılır.

  • ATƏT PA-nın müşahidə missiyasının koordinatoru Azərbaycanda prezidentliyə namizədlərlə görüşüb

    ATƏT-in Parlament Assambleyasının (PA) qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda prezidentliyə namizədlərlə görüşüb.

    “Report”un xəbərinə görə, görüşdə prezidentliyə qeydə alınan namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov, prezidentliyə qeydə alınan namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli, prezidentliyə qeydə alınan namizəd Araz Əlizadə, prezidentliyə qeydə alınan namizəd Fərəc Quliyev, prezidentliyə qeydə alınan namizəd Razi Nurullayev, prezidentliyə qeydə alınan namizəd Zahid Oruc, prezidentliyə qeydə alınan namizəd Hafiz Hacıyev və prezidentliyə namizədlər Əli Əliyev, Sərdar Cəlaloğlu və Tural Abbaslı iştirak ediblər.

    Prezidentliyə namizəd Tural Abbaslı “Report”a açıqlamasında deyib ki, görüşdə Azərbaycandakı seçki vəziyyəti müzakirə olunub, bu istiqamətdə fiki mübadiləsi aparılıb: “Koordinator Azərbaycandakı seçki mühiti ilə bağlı fikirlərimizi soruşdu, bu istiqamətdə müzakirələr apardıq. Koordinator bildirdi ki, seçkilərin müşahidəsi obyektiv şəkildə həyata keçiriləcək”.

    Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası hələlik T.Abbaslının, S.Cəlaloğlunun, Ə.Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxmayıb.

    Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

  • Azərbaycanda “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib

    Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib.

    “Report” xəbər verir ki, tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, Azərbaycan artıq ixrac potensialını formalaşdırıb və yeni bazarlar axtarır.

    “Bu baxımdan dövlət xidmətlərinin elektronlaşdırılması vacib məsələdir. Bu, xərclərin azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına şərait yaradır. Portala 13 dövlət qurumunun 23 şöbəsi cəlb edilməlidir”, – o qeyd edib.

    Bundan başqa, nazir müavininin sözlərinə görə, indiyə qədər Azərbaycanda iş adamlarına 5 311 lisenziya verilib və bunun 51%-i yeni lisenziyalardır.

  • Zakir Həsənov tonqal qaladı – FOTO

    General-polkovnik, müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

    Milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

    Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildiriblər.