Month: March 2018

  • В Баку без вести пропали мать и двое несовершеннолетних детей

    В Баку без вести пропали мать и двое ее несовершеннолетних детей.

    Как передает Median.Az со ссылкой на Report, в поселке Гала Хазарского района столицы Эльнара Гасанова 1978 г.р. вместе с сыном Рамилем 2011 г.р. и дочерью Дуйгу 2013 г.р. 1 марта вышли из дома и больше не вернулись.

    Полиция проинформирована об их пропаже, ведется расследование, направленное на поиски пропавших.

  • В ДТП в Сальяне погибли водитель и его мать

    Как сообщает Median.Az, на территории села Дюзянли Сальянского района столкнулись автомобили марки “ВАЗ 21099”, управляемый Пярвиз Гарахановым и “ВАЗ 2107”, управляемый Руслан Ширалиевым. В результате Р.Ширалиев и его мать погибли на месте происшествия, еще его один пассажир, а также П.Гараханов с травмами различной степени тяжести были помещены в Центральную районную больницу.

    В РОП по факту ведется расследование.

  • Азербайджанские футболисты не смогли отправиться на матч из-за похмелья

    Стала известна причина переноса матча Региональной лиги АФФА «Огуз» – «Ширван» (Агдаш).

    Как передает Median.Az со ссылкой на oxu.az, причиной стало отравление некоторых игроков агдашской команды.

    Об этом сайту сообщил капитан команды Рахман Алиев:

    «За день до матча некоторые футболисты участвовали в свадебном мероприятии. Они переборщили с алкоголем и чувствовали себя плохо.

    По этой причине они не смогли на следующий день отправиться на игру в Огуз. Также некоторые футболисты простудились. В связи с этим мы написали письмо в АФФА с просьбой отложить матч. Спасибо им, что пошли нам навстречу».

    Отметим, что матч состоится 25 марта.

  • Azərbaycanda futbolçular toyda yeyib-içdilər, oyuna getmədilər

    AFFA-nın keçirdiyi Region Liqasının “Oğuz” – “Şirvan” (Ağdaş) matçının təxirə salınmasının səbəbi bilinib. Səbəb Ağdaş komandasının bəzi oyunçularının zəhərlənməsi olub.

    Median.Az xəbər verir ki, bu barədə Oxu.Az-a komandanın kapitanı Rəhman Əliyev bildirib:

    “Oyundan bir gün əvvəl bəzi futbolçularımız toy məclisində iştirak etmişdi. Onlar orada həddindən çox spirtli içki qəbul etdiklərinə görə özlərini pis hiss etmişdilər.

    Buna görə onların bir gün sonra oyun üçün Oğuza getməsi mümkünsüz idi. Komandada soyuqlayan futbolçular da vardı. Buna görə AFFA-ya yazılı şəkildə müraciət edib, oyunumuzun təxirə salınmasını xahiş etdik. Onlar da sağ olsun ki, bu xahişimizi dəyərləndilər”.

    Qeyd edək ki, bu matç martın 25-də keçiriləcək.

  • Şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğluna 6 il həbs cəzası

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az “Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

    Dövlət ittihamçısı çıxışında R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt tələb edib.

    Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.

    Qeyd edək ki, Bakı şəhər prokurorluğunun və şəhər Baş Polis İdarəsinin ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan – 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

    Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

  • В Сумгайытае задержан водитель, скрывшийся после наезда

    Как сообщает Median.Az, сотрудники 2-го отделения полиции Сумгайытского ГУП в результате оперативно-розыскных мер задержали жителя Губадлинского района Гюндуза Сафарова, который как показало разбирательство 11-го марта на автомобиле марки “Opel” на улице С.Вургуна сбил жителя города Мехмана Гусейнова и скрылся.

    Потерпевший был доставлен в больницу скорой помощи, где его жизнь врачам удалось спасти.

    По факту ведется расследование.

  • Bakıda ana iki azyaşlı övladı ilə birlikdə itkin düşdü

    Bakıda ana iki azyaşlı övladı ilə birlikdə itkin düşüb.

    Median.Az-in “Report”a istinadən verdiyi məlumata görə, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində 1978-ci il təvəllüdlü Elnarə Həsənova 2011-ci il təvəllüdlü oğlu Ramil və 2013-cü il təvəllüdlü qızı Duyğu ilə birlikdə martın 1-də evdən çıxıb və geri qayıtmayıblar.

    Onların itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Hazırda onların tapılması istiqamətində araşdırmalar davam etdirilir.

  • Mirşahinin yeni komandasında kimlər var? (SİYAHI)

    Azərbaycan efir məkanında yeni televiziya – “Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq. Bu barədə “Report”a Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. “Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq.

    Xatırladaq ki, MTRŞ-nin martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mirşahin Ağayevdir.

    “Real” TV-nin kollektivi əsasən keçmiş ANS telekanalının əməkdaşlarından ibarətdir. Onu da qeyd edək ki, bu layihədə Vahid Mustafayev və Mais Məmmədov yer almayıb.

    Məlumat üçün bildirək ki, Real TV sırf xəbər kanalı olacaq və sutka ərzində saatbaşı xəbərlərlə efirə çıxacaq. Burada şou tipli verilişlərin yayımı hələ ki nəzərdə tutulmayıb. Günün aktual xəbərləri ilə yanaşı, baş verən önəmli hadisələrə peşəkar yanaşmalar, müsahibələr də olacaq.
    Komandada fəaliyyəti dayandırılmış ANS televiziyasının keçmiş əməkdaşlarından Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Eldəniz Vəliyev, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Ayşəm Rüstəmova, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailoğlu və digərlərinin təmsil olunduğu bildirilir.

    Kanalın xəbər prinsipləri arasında dəqiqlik, obyektivlik, operativlik, qərəzsizlik başlıca yer tutur.

    Komanda üzvlərindən aldığımız məlumata görə, “Real” TV sırf yeni maddi texniki baza üzərində qurulub, ANS TV-nin texniki avadanlıqlarından istifadə olunmayıb. Ümumiyyətlə, yeni kanalın öncəkinə heç bir aidiyyəti yoxdur.

    TV-nin artıq reklam bazası da formalaşıb və efirə başladığı gündən reklamlar hesabına maliyyələşəcək.

    Qeyd edək ki, televiziyanın ofisi Əhməd Rəcəbli küçəsində, 5 mərtəbəli binada yerləşir. Artıq texniki avadanlıqlar gətirilib və ofisdə son hazırlıq işləri görülməkdədir. Televiziyanın bu həftə içində fəaliyyətə başlaması nəzərdə tutulsa da, dəqiq tarix hələ ki bəlli deyil.

    “Real” TV-nin internet saytı da olacaq, artıq tvreal.az saytının fəaliyyətə başlaması da planlaşdırılır.

    Yeni Müsavat

  • Hava proqramı aparıcısının canlı efirdə sinəsi çöldə qaldı – VİDEO

    İngiltərənin kanalların birində hava haqqında məlumatı aparan Ketl adlı aparıcı cəsarətli hərəkəti ilə gündəmə gəlib.

    Baku.ws xarici KİV-ə istinadən xəbər verir ki, aparıcı xanım reyting naminə geyindiyi köynəyin düymələrini açıq saxlayıb və beləcə sinəsi çöldə qalıb.

    Ketl bu dəfə həmişəki kimi rəsmi görünüşdə deyil, olduqca seksual obrazda tamaşaçıların qarşısına çıxıb.

    Onun sinə dekolteli köynəkdə məlumat çatdırması izləyiciləri mat qoyub.

    Sözügedən kadrları sizə təqdim edirik:

  • В Зугульбе “KİA” сбила насмерть ребенка

    Как сообщает Median.Az, в поселке Зугульба автомобиль марки “KİA”, управляемый жителем столицы Нихат Алиевым сбил насмерть Мятина Ахмедова (2008-го года рождения).

    В Хазарском РУП по факту ведется расследование.