Month: March 2018

  • В Баку сбежал псих

    В бакинском поселке Бузовна из 1-го психоневрологического диспансера бежал 66-летний пациент по имени Юрий Яичников.

    По информации сайта olke.az, полиция ведет розыски.

  • Это самоубийство в Азербайджане долгое время будет вызывать вопросы

    По факту ведется расследование

    Стали известны детали самоубийства в Шабранском районе

    Всплыли некоторые детали самоубийства, имевшего место минувшей ночью в селе Гандоб Шабранского района Азербайджана, когда некто Мушфик Ибрагимов (1993) застрелился прямо на глазах отца.

    Как передает Median.Az, по информации сайта lent.az, самоубийство молодой человек совершил в день своего рождения. Он взял охотничье ружье и приставил дуло к голове, а затем попросил прощения у отца, который попытался было помешать ему, и спустил курок. В момент инцидента дома находились также мать и сестра Мушфика.

    Покойный имел репутацию человека трудолюбивого и спокойного по характеру.

    ***

    В Шабранском районе был зарегистрирован факт суицида.

    Как сообщает северное бюро АПА, это произошло в селе Гяндоб Шабранского района. Житель села Ибрагимов Мушвиг Мансур оглу (1993 г.р.) после празднования своего дня рождения выстрелил в себя из охотничьего ружья.

    По факту ведется расследование.

  • Аксакал заказал дождь: но чуда не произошло, и он взялся за топор-УБИЙСТВО

    Отец двоих детей Энгин Салум был госпитализирован в больницу
    В сентябре 2017 года в турецком городе Бурса было совершено убийство. А мотивом,подтолкнувшим жителя села Дудаклы района Кестел 59-летнего Хайри А. на преступление, стала молитва, написанная 64-летним Энгином Салумом.

    Как передает Median.Az со ссылкой на турецкие СМИ, Хайри, проживающий в лесном массиве, пришел к 64-летнему Энгину Салуму, известному в округе тем, что пишет разного рода молитвы. У 59-летнего Хайри была весьма необычная просьба – он попросил Энгина написать молитву, чтобы вызвать дождь.

    64-летний Энгин не отказал просителю, и написал заговор на дождь. Заплатив сумму и забрав молитву, Хайри отправился к себе домой. Он несколько дней прождал , чтобы пошел дождь, но погода оставалась засушливой. Рассерженный тем, что Энгин обманул его, Хайри утром 24 сентября явился к нему.

    Энгин, не ведая о том, что с ним произойдет, загонял скот во двор. В это время Хайри стал наносить ему удары топором в область шеи и руки. 64-летний мужчина , истекая кровью, собрав последние силы успел постучаться в окно дома, чтобы вызвать на помощь членов семьи. Оставив тяжелораненого односельчанина, Хайри сбежал с места кровавого происшествия. Но ему не удалось скрыться от правоохранителей. Отец двоих детей Энгин Салум был госпитализирован в больницу, но врачам не удалось спасти ему жизнь.

    В отношении Хайри А. было возбуждено уголовное дело по обвинению в умышленном убийстве, за которое ему грозит пожизненное заключение. В ходе следствия он дал показания, в которых указал, что убил Энгина за то, что он написал молитву, но дождь не пошел. Затем он стал отрицать содеянное, отметив, что никого не убивал. На прошедшем вчера судебном заседании, судья спросил подсудимого «Почему он убил Энгина?», на что Хайри вновь повторил, что он не убивал.

    Слушание по этому необычному делу продолжается.

  • Sərnişin metroda öpüşən cütlüyün üzərinə hücum çəkdi – Metroda biyabırçılıq

    Sərnişin metroda öpüşən cütlüyün üzərinə hücum çəkdi

    Median.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə İstanbulda baş verib. Belə ki, metroda yaxınlaşaraq, öpüşən cütlük sərnişin tərəfindən hücuma məruz qalıb.

    Onları ayırmağa çalışan digər sakinlərə isə “Bu tərbiyəsizlikdir, biz türkük!, Bu, bizim əxlaqımıza ziddir” deyə bildirib.

  • Keçmiş işçisi direktordan giley edir – Müraciət

    Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi, bina 62, mənzil 7-də yaşayan Qasımova Şölə Qasım qızı 275 nömrəli tam orta məktəbin direktorundan şikayətçidir.

    “Təzadlar” vasitəsilə Azərbaycanın 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət edən şikayətçi iddia edir ki, sözügedən məktəbin direktoru Fəridə Şərifova ona işdən çıxması ilə bağlı məcburi ərizə yazdırıb.

    “Hörmətli Mehriban xanım!

    Mən Qasımova Şölə Qasım qızı,2007-ci ildən paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyirdim. Çalışdığım müddətdə heç bir nöqsanım olmayıb. Lakin 2017-ci il sentyabrın 27-də 275 nömrəli tam orta məktəbinə direktor təyin olunan Fəridə Şərifova qərəzli şəkildə müxətlif bəhanələr gətirməklə mənə 2 dəfə töhmət verdi. Sonra isə təzyiqlər göstərərək işdən çıxmağım barədə ərizə yazmağımı tələb etdi. Bu barədə aidiyyəti qurumlara, o cümlədən prezident cənab İlham Əliyevə onlayn müraciət göndərdim. Müraciətimə müsbət cavab gəlsə də, direktor Fəridə Şərifova qanunsuz olaraq məni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdi.

    Bunun da səbəbi o idi ki, əvvəlcədən direktor Fəridə Şərifova məni kabinetinə çağıraraq “Şölə xanım, mən bu vəzifəyə elə-belə gəlməmişəm, arxamda adamlarım var, özüm də lazım olan adamları görə-görə gəlmişəm. Əgər vəzifədə qalmaq istəyirsənsə, nə demək istədiyimi başa düşdün!” – deyə tələb etdiyi pulu vermədim. Ona üç övladım olduğunu, onları təkbaşına böyütdüyümü, hətta onlardan birinin ürək qüsurlu olduğunu və əməliyyatı Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə olunduğunu deməyimə də möhəl qoymadı.

    İstirahət günlərinin birində direktor Fəridə Şərifova məni məktəbə çağırdı. Kabinetinə daxil olanda direktorun yanında tanımadığım iki kişi vardı. Onlar məndən seçki ilə bağlı sənədləri tələb etdi. Həmin adamların kimliyini soruşanda, direktor səsini yüksəldərək, “sənə nə var kimdirlər, belə qohumumdur, qardaşımdır” dedi.
    Beləliklə, hədə dolu təkidlərlə məni 2011-ci ildən sədri olduğum seçki məntəqəsindən də işdən kənarlaşdırdı.

    Direktorun arxasında dayanan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, onun bu qanunsuzluqlarına dəstək verən məktəbin həmkarlar ittifaqı təşkilatının sədri Sahab İsayev və təlim-tərbiyə işləri üzrə direktor müavini Ayişə Məmmədovadır.

    Ümumiyyətlə, son illər 275 nömrəli tam orta məktəbdə təhsil adına yaraşmayan işlər cərəyan edir. Məktəbdə baş alıb gedən rüşvətxorluğa görə keçmiş direktor Elmira İsmayılova işdən çıxarılsa da, yeni direktor təyinatı heç nəyi dəyişmədi. Əksinə, direktor qanunsuzluqların sayını daha da artırmağa başladı. Bu barədə aidiyyəti qurumları xəbərdar etsəm də, direktor barədə heç bir tədbir görülmür. Görəsən, niyə?”

    Şikayətlə bağlı 275 nömrəli tam orta məktəbin rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq. \\tezadlar.az\\

  • Tağı Əhmədovun hakim oğluna sərt ittihamlar – “Rauf Əhmədov qanunlardan bixəbərdir”

    6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Sahib Qüdrət oğlu Ağayev “Yeni Müsavat”a məktub yollayıb. S.Ağayev ölkə başçısının imzaladığı qanunların hakim və dövlət ittihamçıları tərəfindən layiqincə icra edilməməsindən şikayətçidir.

    CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilən S.Ağayev yazır ki, hökm üzrə tərəfindən vurulmuş ziyan 18 min 957 manat təşkil edir: “10 fevral 2017-ci il tarixdə prezident tərəfindən məhkumların həyatında böyük dəyişiklik edəcək yüksək səviyyəli və professional şəkildə düşünülmüş bir sərəncam imzalandı. Sərəncamın əsas məqsədi cinayət törədən insanlara səhvlərini düzəltmək üçün şəraitin yaradılmasıdır. Bu istiqamətdə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə ”azadlığın məhdudlaşdırılması” cəzasının alternativ olaraq sanksiyalara əlavə edilməsi və bu cəza növünə üstünlük verilməsi, azadlıqdan məhrumetmə cəza növünün müstəsna hallarda tətbiq olunması tapşırığı verilib.

    Biz məhkumlar 1 ildir ki, bu sərəncamın icra vaxtını səbirsizliklə gözləyir, qeyd-şərtsiz icra olunmasına ümid bəsləyirdik. Lakin mənzərə tamam fərqlidir. 2 mart 2018-ci il tarixdə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqda” 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Qanununun tətbiqi və hüquqi tənzimləmə məsələlərinə dair ərizəmə 6 saylı cəzaçəkmə müəssisəsinin inzibati binasında Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə açıq məhkəmə iclasında baxıldı.

    Məhkəmə iclasında sərəncam üzrə tapşırıq və tövsiyələri, yeni qanunun tətbiqi xüsusiyyətlərini rəhbər tutaraq ictimai dildə deyil, hüquqi dildə çıxış etdim. Əməlimin CM-in 177.2.4-cü maddəsinə tövsif olunduğunu, həmin əməlin az ağır cinayətlər kateqoriyasına aid olduğunu və prezident tərəfindən imzalanan sərəncamın 8, 10.2 və 10.5-ci bəndləri üzrə tapşırığı, 13.4-cü bəndi üzrə tövsiyəni rəhbər tutaraq barəmdə “azadlığın məhdudlaşdırılması” cəza növünün tətbiq olunmasını xahiş etdim. Hakim Rauf Əhmədov bildirdi ki, yalnız zərər ödənildiyi halda bu cəza növünün tətbiqi mümkündür. Baxmayaraq ki, hətta bu formada belə nəzərdə tutulsaydı, məndən əvvəl məhkəməsi olmuş və ziyanı tam ödəmiş şəxslərin heç birinə bu cəza növü tətbiq edilməyib.

    Mən israrla “azadlığın məhdudlaşdırılması” cəza növü üzrə cəza çəkərək zərərin ödənilməsinin mümkün olduğunu, yəni həm azadlığın məhdudlaşdırılması cəza növü üzrə cəzanın icrası işinin, həm də ziyanın ödənilməsi işinin probasiya üzrə icra məmurları tərəfindən icra olunduğuna görə ziyanın ödənilməsi vəzifəsi ilə azadlığın məhdudlaşdırılması cəza növünün mümkünlüyünü bildirdim. Hakim Rauf Əhmədov heç bir əsaslı səbəb gətirmədən iddiamın qarşısında cavabsız qaldı. Hakim ərizəmi oxumadan məhkəmə iclasına çıxmışdı. Ən dəhşətlisi odur ki, Rauf Əhmədov Cəzaların İcrası Məcəlləsi üzrə probasiya məsələlərinin təsbit olunduğundan və həmin qanunun 1 yanvar 2018-ci il tarixindən qüvvədə olduğundan bixəbərdir”.

    Məhkum yazır ki, prezidentin imzaladığı sərəncamın 9-cu bəndi üzrə “Cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilsin, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməsin, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlər görülsün” qeydi var: “Müşahidələrimə istinadən bildirmək istərdim ki, Rauf Əhmədov başda olmaqla, Nizami Rayon Məhkəməsinin hakimləri yeni qanunu heç bir humanistlik göstərmədən, prezident sərəncamı üzrə tapşırıqlara məhəl qoymadan ən sərt şəkildə məcburi qaydada tətbiq edirlər. Daha doğrusu, vəzifələrindən sui-istifadə edərək korrupsiyaya şərait yaradırlar. Bu kimi hakimlər insanlarda ölkə rəhbərliyinə inamı sarsıdırlar. Bizim 1 illik gözləntilərimiz nəticəsiz qaldı.

    “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamın adından da göründüyü kimi, CM-in 10.3-cü maddəsinə əsasən, həmçinin əvvəllər məhkum edilmiş şəxslər üzrə də alternativ cəzaların tətbiqinə üstünlük verilməlidir. Lakin heç bir alternativ cəzalar tətbiq olunmur”.

    Məhkum Sahib Ağayev yazır: “Çox xahiş edirəm ki, korrupsiyaya şərait yaradan Rauf Əhmədov kimi hakimlər barəsində ciddi tədbirlər görəsiniz”.

    Qeyd edək ki, hakim Rauf Əhmədovun adı əvvəllər də mətbuatda dəfələrlə hallanıb. Rauf Əhmədov sabiq metropoliten rəisi, hazırda YAP Yasamal təşkilatının sədri olan Tağı Əhmədovun oğludur.

  • Kibertəhdidlərin aşkarlanması üçün proqram təminatı təqdim olunub

    “Kasperski laboratoriyası” antivirus şirkəti son qurğularda təhdidlərin aşkarlanması və kiberinsidentlərə reaksiya üçün “Kaspersky Endpoint Detection and Response” (KEDR) korporativ həllini nümayiş etdirib.

    “ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, sistem əməkdaşların iş yerlərində istənilən anomaliyaları və şübhəli prosesləri fasiləsiz izləyir, bütün toplanmış məlumatları rahat şəkildə təqdim edir, təhlükələri tanıyır və insidentlərə reaksiya verir.

    Məlumata görə, yeni həll zərərli proqram təminatının və korporativ şəbəkəyə müdaxilə prosesinin axtarışını avtomatlaşdıraraq təhlükəyə cavab reaksiyası üçün vaxtı minimuma endirir.

    Tədqiqata görə, kiberinsidentlərin gec aşkarlanması və əksər təhlükələrin nüfuz etməsinə şərait yaradan son qurğular üzərində vizual nəzarətin olmaması şirkətlər üçün böyük maliyyə itkilərinə səbəb olur. Bununla yanaşı, məqsədli hücumlar əksər hallarda şirkətlər üçün minimum yarım il ərzində nəzərə çarpmadan cərəyan edir.

  • Yasamalda mənzildən qadın meyiti tapılıb – FHN

    Yasamalda mənzildən 69 yaşlı qadın meyiti tapılıb.

    Median.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1949-cu il təvəllüdlü Məmmədova Rifan Hacıbaba qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

    Əməliyyat başa çatıb.

  • Трамп уволил Тиллерсона

    Госсекретарь США Рекс Тиллерсон уволен со своего поста. Его место займет Директор ЦРУ Майк Помпео.

    Как передает Median.Az, об этом сообщил президент США Дональд Трамп в своем твиттере.

    «У нас были разногласия с Тиллерсоном. Мы долго думали об этом. Майк Помпео, глава ЦРУ, станет новым главой Государственного департамента США. Он сделает фантастическую работу. Мы с Помпео единомышленники, и я полностью ему доверяю», — написал Трамп.

  • İlham Əliyev Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı sərəncam verdi

    Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.