Month: March 2018

  • Şimal rayonlarına güclü qar yağıb – FOTO

    Martın 12-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dağlıq ərazilərdə temperatur mənfi 6 dərəcəyədək düşüb.

    Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb.

    Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetr təşkil edir.

    Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.



  • Председатель ПА ОБСЕ на переговорах с Ильхамом Алиевым

    Президент Ильхам Алиев 12 марта принял делегацию во главе с председателем Парламентской ассамблеи Совета Европы Георги Церетели.

    Об этом сообщила пресс-служба президента Азербайджана.

  • ATƏT PA sədri İlham Əliyevlə danışıqlarda

    Prezident İlham Əliyev martın 12-də ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə

    Martın 18-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarının, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

    DİM-dən oxu.az-a verilən məlumata görə, martın 18-də ilk-peşə ixtisas təhsili müəssisələrinin məzunlarının tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanı da keçiriləcək.

    Buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

    Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir.
    Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

  • На Новруз-байрам 7 дней будут нерабочими

    В связи с праздником Новруз семь дней будут нерабочими.

    20, 21, 22, 23, 24 марта 2018 года отмечается праздник Новруз.

    Согласно Трудовому кодексу, так как 24 марта попадает на субботу, то 26 марта будет нерабочим днем. Таким образом, в этом году в связи с праздником Новруз граждане Азербайджана будут отдыхать неделю.

  • Novruz bayramında yeddi gün iş olmayacaq

    Novruz bayramı ilə əlaqədar yeddi gün istirahət edəcəyik.

    2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

    Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə – yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq.

    Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

  • Тяжелая авария в Сумгайыте: Двое погибших – ФОТО

    В городе Сумгайыт произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как передает Median.Az со ссылкой на Report, в результате столкновения автомобиля марки Hyundai с автомобилем «Ока» с государственными номерными знаками «50-BY-671», на территории 9-го микрорайона города, 2 человека погибли и несколько тяжело ранены.

    Cпециальным спасательным группам Сумгайытского Регионального Центра МЧС с помощью специальных оборудований удалось извлечь зажатые тела погибших из автомобилей. Водитель автомобиля марки «Ока» Гасанов Эльдар Джамшид оглу, 1991-го года рождения и пассажир, чье имя пока неизвестно скончались на месте от полученных травм.

    Раненые же были доставлены в городские пункты Службы Скорой Помощи. По информации, полученной из больницы, состояние пострадавших оценивается как тяжелое.

    На место происшествия были привлечены сотрудники полиции. По факту ведется расследование.




  • Sumqayıtda ağır qəza: Ölənlər var – FOTO

    Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

    Median.Az Report-a istinadən xəbər verir ki, şəhərin 9-cu mikrorayonu ərazisində “Hyundai” markalı avtomobillə “50-BY-671” dövlət qeydiyyat nişanlı “Oka”nın toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

    Ölən şəxslər “Oka”nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələlik məlum olmayan sərnişinidir.

    Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılıb.

    Yaralılar, eləcə də, “Hunday”ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-yə aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.




  • “Qızı” ilə evli olan “Klon” serialının “Lukas”ı illər sonra – FOTO

    2003-cü ildə Azərbaycanda ən çox izlənilən serial şübhəsiz ki, “Klon” idi. Çayxana və qadın qeybətlərinə mövzu olan ekran işinə şeirlər belə yazılmışdı. İnsanların fikir ayrılıqlarına səbəb olan, qadınları iki seçim arasında qoyan isə Lukasın, yoxsa Səidin Hadeyə daha yaxşı yaraşması məsələsi idi. Yaraşıqlı və xarizmatik aktyorların ayrı-ayrılıqda öz fanat ordusu yaranmışdı.

    Median.Az serialda Lukas, Dieqo və Leo obrazını canlandıran Murilo Benisionın haqqında az bilinən bir məlumatı diqqətinizə çatıracaq.

    Belə ki, serialın yayımlandığı dövrlərdə ekran işində onun qızı Mel (Melissa Ferraz) obrazını canlandıran aktrisa Debora Falabella ilə sevgili olması barədə xəbərlər çıxmışdı. Ancaq bu, təsdiqini tapmamışdı. Ancaq yayılan şayiələrin yalan olmadığı öz təsdiqini tapıb

    Onların bu gününə nəzər yetirdikdə qarşımıza evli və iki övlad sahibi olan bir cütlük çıxır. Bir oğlu və bir qızı olan cütlüyün fotolarını təqdim edirik./oxu.az




















  • Cəbhədə gərgin gecə

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 100 dəfə pozub.

    Bu barədə oxu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Əsrik Cırdaxan və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.