Month: March 2018

  • Bu vəzifələrdə heç kim işləmək istəmir – 160 vakant yer

    Aprelin əvvəllərindən etibarən inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsi nəzərdə tutulur.

    Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, fevralın 7-də elan edilən müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) təqdim olunub.

    Fevralın 8-də elan edilən müsahibəyə isə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 192 vakant icraçı vəzifə (BA və BB vəzifə qrupları üzrə) təqdim olunub.

    Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay davam edib. DİM qeydiyyatla bağlı bəzi statistik məlumatları açıqlayıb.

    Mərkəzdən bildirilib ki, fevralın 7-də elan olunan müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) üzrə 1375 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 2.65-dir. Lakin 160 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb.

    Rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı aşağıdır. Müraciət edənlər əsasən Bakı şəhərində yerləşən struktur bölmələr üzrə qeydiyyatdan keçiblər.

    Ən yüksək müsabiqə vəziyyəti Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 42 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Binəqədi rayon şöbəsi, Sosial sığorta sektoru məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru aparıcı məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Nizami rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 32 namizəd), Dövlət Məşğulluq Xidməti, Səbail rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru məsləhətçi (1 yerə 30 namizəd), Dövlət Məşğulluq Xidməti, Nəsimi rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 30 namizəd) vəzifəsi üzrə formalaşıb.

    Fevralın 8-də elan edilən müsahibədə isə 11 dövlət orqanında 192 vakant icraçı vəzifə üzrə 774 müraciət qeydə alınıb. Orqanlar arasında ən yüksək müsabiqə vəziyyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaranıb.

    Təqdim olunan 3 vakant yerə 62 müraciət var. Ən çox müraciət qeydə alınan dövlət orqanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (73 vakant yerə 396 müraciət). Lerik Rayon Məhkəməsi üzrə isə təqdim olunan vakansiyalar üçün heç bir müraciət qeydə alınmayıb. Ümumiyyətlə statistika göstərir ki, məhkəmə orqanları tətəfindən rayon-şəhər məhkəmələrində hakim köməkçisi, məhkəmə iclasının katibi və s. vəzifələr üzrə vakansiyalar daha çox təqdim edilib.

    Qeyd olunan vəzifələrin tutulması üçün staja dair tələb müəyyən edilməməsinə, eləcə də digər şərtlərin daha sadə olmasına baxmayaraq həmin vəzifələr üzrə müraciət edən namizədlərin sayı gözləniləndən az olub.

    Yeni müsahibə elanları zamanı bu vəzifələr üzrə, xüsusilə regionlarda yerləşən rayon-şəhər məhkəmələrində daha çox vakant yerlər təqdim olunacaq və gələcək potensial namizədlərə tövsiyə olunur ki, həmin vakansiyaların müsahibələrində iştirak etmək üçün müraciət etsinlər.

    Bundan əlavə, müşahidələr göstərir ki, bəzən namizədlər eyni təsnifat, eyni maaş və eyni tələblər olan iki vəzifədən birinə üstünlük verirlər və kütləvi şəkildə həmin vəzifə üzrə qeydiyyatdan keçirlər. Halbuki hər iki vəzifədə tələblər və şərtlər eyni olur. Bu isə bir vəzifə üzrə yüksək, digəri vəzifə üzrə isə daha aşağı müsabiqə vəziyyətinin yaranmasına səbəb olur.

    Müsahibələrin aprel ayının əvvəllərindən etibarən keçirilməsi nəzərdə tutulur. Müsahibələrin keçirilmə qrafiki dövlət orqanları ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə elan olunacaq. Hər bir namizəd müsahibə yeri, tarixi və saatı ilə tanış ola biləcək.

    Müsahibələr Bakı şəhəri ilə yanaşı namizədlərin rahatlığının təmin edilməsi üçün DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə, Xaçmaz regional bölmələrində də təşkil ediləcək.

  • Mövlud Çavuşoğlu yenidən Azərbaycana gəlir

    Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana gələcək.

    Diplomatik mənbələrdən məlum olub ki, o, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransına qatılacaq.

    Qeyd edək ki, Türkiyə Qoşulmama Hərəkatının üzvü deyil.

    Xatırladaq ki, M. Çavuşoğlu martın 15-də Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşündə və VI Qlobal Bakı Forumunda iştirak edib./Apa

  • Cocuq Mərcanlıda birinci ödəniş terminalı quraşdırılır

    “Komtec” şirkəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birinci “MilliÖN” ödəniş terminalını quraşdırır.
    Median.az xəbər verir ki, bu barədə “Trend”ə şirkətdən məlumat verilib.

    Məlumatda qeyd olunur ki, terminalın istifadəyə verilməsi martın 20-də baş tutacaq:
    “Bu, kənddə quraşdırılan birinci ödəniş terminalı olacaq və əhalinin kommunal və digər ödənişlərini asanlaşdıracaq. Gələcəkdə bu terminalların sayının artırılacağı istisna olunmur”.

    Qeyd edək ki, “MilliÖN” şəbəkəsi ictimai yerlərdə (biznes mərkəzləri, vağzal və hava limanlarının gözləmə zalları, ticarət mərkəzləri) quraşdırılan beş minə yaxın terminaldan ibarətdir.

  • Грязные танцы: Азербайджанская танцовщица обнажила грудь на сцене ночного клуба в Баку – ВИДЕО

    В Сети распространились видеоролики, снятые в одном из бакинских клубов, на которых танцовщица танцует с обнаженной грудью.

    Ролики вызвали огромный резонанс в сети, собрав множество просмотров и комментариев, шокировав пользователей социальных сетей, отмечающих в комментариях: «Разве такое возможно в Баку?». Как оказалось, возможно, так как в Сеть серия роликов была загружена самой участницей видео – гоу-гоу танцовщицей и стриптизершей Селеной.

    Отрицать, что в столице Азербайджана существует ночная жизнь, невозможно – ночные заведения и клубы разного уровня работают в Баку не первый год, и у каждого есть свой посетитель. Стремительное развитие туризма дало еще большее развитие данного сектора, но судя по тому, что мы видим на нижеприведенных кадрах, в данном случае никак не сказалось на качестве.

    Да, гоу-гоу танцуют по всему миру, в том числе и в Азербайджане, но танцы гоу-гоу и обнажение груди на публике, являющееся, кстати, незаконными действием, это кардинально разные понятия, которые не следует как путать, так и совершать.

    «Правильно сделала, кому какое дело?» – восклицает Селена в ответ на критику пользователей соцсетей, видимо забывая, а может, и не зная, что обнаженка на публике противозаконна и является ни чем иным как нарушением общественного порядка. 

    Назвать это скандальное обнажение красивым и как-то оправдать его и обнажившуюся девушку невозможно по одной простой причине – это перебор переборов. Во всем должна быть мера и если «делаешь правильно», то это «правильно» никак не должно нарушать общепринятые правила и нормы, и не важно, это ночной клуб или Площадь Фонтанов. Впрочем, у каждого свои меры и границы правильности…

    Отметим, что нижеприведенные видеоролики имеют возрастной ценз 18+.

    Источник: 1news.az

  • Dayı 24 yaşlı bacısı qızını zorladı – Xəbərim olmadan cinsi əlaqədə olub

    Erzurumda bacısının 24 yaşlı qızına təcavüz edən və doğulan körpənin DNT testi cavabı ilə atası olduğu təsdiqlənən evli, 2 uşaq atası A.İ.-nin (42) 21,5 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.

    Median.az DHA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin məhkəmədəki özünü müdafiə çıxışı hər kəsi təəccübləndirib.

    İddiaları qəbul etməyən A.İ. “Mən xəbərim olmadan, icazəm olmadan mənimlə cinsi əlaqədə olub. Əslində mən ondan şikayətçiyəm” ifadələrini işlədib.

    Gənc qız ilk dəfə dayısı tərəfindən 2016-cı ildə təcavüzə məruz qaldığını, lakin təhdidlərə məruz qaldığı üçün ailəsinə deməyə qorxduğunu açıqlayıb.

    Bundan sonra A.İ. növbəti dəfə bacısı qızı ilə qarşılıqlı razılıq əsasında cinsi əlqədə olduqlarını deyib: “Özü tez-tez mənə toxunaraq və mesaj yazaraq buna vadar edirdi. Bir neçə dəfə özünün istəyi ilə bir yerdə olduq. Anam və öz anasının eyni otaqda olduğu anda belə birlikdə olduq”.

    Məhkəmə prosesi təxirə salınıb

  • Putin seçildi: Vanqanın gün üzünə çıxmayan proqnozu tapıldı

    Rusiyada prezident seçkisinin nəticələri müzakirə edildiyi bir zamanda dünya mətbuatında Vanqanın bu ölkə ilə bağlı proqnozu ortaya atılıb.

    Median.az xəbər verir ki, indiyə qədər açıqlanmadığı deyilən bu proqnozu Vanqanın 1979-cu ildə rus yazar Valentin Sidorovla müsahibəsində dediyi bildirilir. İddialara görə, Vanqa həmin görüşdə “Dünyanın hökmdarı Rusiya olacaq. Rusiyanın qarşısını heç kəs ala bilməyəcək” kimi ifadələr işlədib. Hətta xəbərlərdə Vanqanın Putinin adını çəkdiyi də iddia olunur: “Hər ey buz kimi əriyəcək. Arxada ancaq əl dəyməmiş olan Vladimir əzəməti, Rusiyann əzəməti qalacaq”. Burada Vanqanın adını çəkdiyi Vladimirin prezident Putin olduğu təxmin edilir.

    Qeyd edək ki, Vanqanın 2018-ci il üçün öncəgörümlərində daha 2 pronoz var. İlk təxmin Çinlə bağlıdır və Vanqa bu il bu ölkənin ABŞ-ı keçərək yüni supergüc olacağının proqnozunu verib. İkinci təxmin is kosmosla bağlıdır. Belə ki, Vanqa 2018-ci ildə Venera ilə bağlı bir prosesdən söz açıb və orada yeni bir enerji formulunun tapılacağını deyib.

  • Bakıda 1 gəncin faciəsi

    Ötən gün Respublika Klinik Xəstəxanasında 22 yaşlı gənc ağır xəstəlikdən dünyasını dəyişib.
    “Ölkə.Az”a dünyasını dəyişən 22 yaşlı Əsədov Vüqarın atası Faiq Əsədovun verdiyi məlumata görə, oğlu kron (həzm sisteminin xroniki residivləşən, bağırsağın müxtəlif nahiyələrində iltihabla və qranulyomatoz-xoralı zədələnmələrlə müşahidə olunan xəstəlik) xəstəliyindən əziyyət çəkirdi. Sonuncu dəfə 1 saylı şəhər xəstəxanasında əməliyyat olunan Vüqarın sağalması üçün 10 min manat pul lazım idi.

    “7-8 ildir “kron” xəstəliyindən əziyyət çəkir, illərlə müalicə olunmasına baxmayaraq, xəstəlik sağalmadığı üçün 2016-cı ildə bağarsaq əməliyyatı olunub.
    Ancaq xəstəlik bununla əl çəkmədi. Belə ki, get-gedə qida borusunda daralma və yaralar yaranmağa başladı. Son müayinələrdən sonra həkimlər qida borusu əməliyyatının lazım olduğunu dedilər. Ölkəmizdə bu əməliyyatı edəcək 2-3 həkim var. Əməliyyat üçün dedikləri məbləğə ailənin maddi imkanı çatmır. 7-8 il müddətində Azərbaycanda, İranda dəfələrlə müayinə və müalicələr olunub ailənin bütün vəsaiti də onlara xərclənib”, – deyə dərdli ata bildirib.

    Faiq Əsədovun sözlərinə görə, müəyyən qurumlara və Səhiyyə Nazirliyinə müraciətlər olunsa da, verilən cavab əhəmiyyət kəsb etmirdi, ancaq müayinə və müalicəyə göndərirdilər. Xəstəlik isə ağırlaşmağa davam etdi, mütləq şəkildə əməliyyat olunmalı idi.

    Qeyd edək ki, bir neçə gün öncə V.Əsədovun bacısı Nəzrin Əsədova qardaşının əməliyyat olunması üçün yardımla bağlı sosial şəbəkələrdə bank hesab nömrəsi də paylaşıb. Ancaq 10 min manata görə, V.Əsədov həyatını itirdi. Atasının sözlərinə görə, oğlu xəstəliyə düçar olduqdan sonra Gəncə Texnalogiya Universitetinindəki təhsilini də yarımçıq buraxmışdı.

  • Ortalıqda meymunluq edən uşaqların hamısı – Fərda, Elməddin, Müşfiq…” — ŞEYX ƏBDÜLDƏN QALMAQALLI AÇIQLAMA

    Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov aktyor Elməddin Cəfərov haqda bir müddət öncə səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
    Kinorejissor “Ölkə.Az”-ın əməkdaşıyla söhbətində bildirib ki, E.Cəfərovu ərkyana tənqid edib:

    “Elməddinin xətrini istəyirəm, o da ağsaqqal kimi mənim hörmətimi saxlayır. Nümunə gətirmək üçün onun adını dedim. Həm də Elməddinə ərkim çatır. Bu adamın potensialı var, antropologiyası da imkan yaradır ki, çox gözəl komediya aktyoru olsun. Amma özbaşına qalanda potensialından istifadə edə bilmir. “Kəklikotu” filmindəki Elməddinə baxın. Orada mən də çəkilmişəm. Filmin rejissoru dedi ki, Elməddin deyir, Şeyx Əbdüllə çəkilsəm, sonra mənə nə deyər? Cəfərə dedim, ona denən ki, mənə zəng vursun. Danışdıq. Dedim ki, Elməddin, mən səninçün göydəndüşmə pedaqoqam. Fuad Poladov, Telman Adıgözəlov, Vaqif Mustafayev mənim kursumu bitiriblər”.

    Kinorejissor bildirib ki, istənilən şəxs aktyorluq edə bilər:

    “Bu gün ortalıqda üzr istəyirəm, meymunluq eləyən uşaqların hamısı – Fərda, Elməddin, Müşfiq “Kəklikotu” filminə çəkiliblər. Çünki o işdə yaxşı rejissor əli var. Deməli, bunlara yaxşı rejissor və pedaqoq əli lazımdır ki, potensiallarını açsınlar”.

    Qeyd edək ki, Şeyx Əbdül Mahmudbəyov bir müddət öncə aktyor Elməddin Cəfərovu tənqid edərək, Azərbaycan kinosunu ondan xilas etməyin lazım olduğunu demişdi.

  • İki şagird narkotik dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib

    Keçən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 min 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

    Median.az APA-ya istinadən xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

    Cinayət məsuliyyətinə cəlb olunanlardan 4 nəfəri 18 yaşınadək, 189 nəfəri 18-25 yaşınadək, 350 nəfəri 26-29 yaşınadək, 1944 nəfəri 30 yaşından yuxarıdır. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 28 nəfəri fəhlə, 6 nəfəri qulluqçu, 1 nəfəri maddi məsul şəxs, 2 nəfər nəqliyyat işçisi, 2 nəfər orta məktəb şagirdi, 2183 nəfər işləməyən, 2451 nəfər kişi, 36 nəfəri qadın, 936 nəfəri təkrar cinayət törətmişlər, 50 nəfəri isə əvvəllər xüsusi qeydiyyatda olanlardır.

  • Stiven Hokinqin ölüm döşəyində yazdığı ARAŞDIRMA ÜZƏ ÇIXDI

    Ötən həftə dünyasını dəyişən məşhur alim Stiven Hokinqin ölmədən 2 həftə əvvəl çox önəmli bir araşdırmaya imza atdığı məlum olub.

    Median.az ölkə.az-a istinadən xəbər verir ki, Hokinq və komandası Böyük Partlayış teoriyasının davamı olaraq tanınan bir teoriya haqqında araşdırma apararaq paralel dünyalar üzərində tədqiqatlar aparıblar.

    Hokinq 4 mart tarixində “A Smooth Exit from Eternal İnflation” adlı məqalə yazıb. Məqalə hələ yayımlanmayıb. Amma tədqiqat başqa planetlər və dünyalar haqqındadır.

    Araşdırmanı Hokinq ilə birlikdə yazan fizika professoru Tomas Hertoq deyib:

    “Bu məqalədə məqsədimiz bir çox kainat teoriyasına elmi bir çərçivə yaratmaqdır. Hokinq ilə bu məqalə üzərində çalışmaq üçün görüşdük və sonuncu dəfə məqaləni təslim etmədən əvvəl görüşmüşdük”.